Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin sualtı hücum xüsusi təyinatlıları təlim keçib - VİDEO

© Official website of President of Azerbaijan RepublicСостоялись сборы по воздушно-десантной подготовке подводных штурмовиков
Состоялись сборы по воздушно-десантной подготовке подводных штурмовиков - Sputnik Azərbaycan, 1920, 28.10.2023
Abunə olmaq
Toplanışın keçirilməsində əsas məqsəd şəxsi heyətin paraşüt tullanışları vərdişlərinin təkmilləşdirilməsi, həmçinin onların döyüş və xüsusi hazırlıq səviyyəsinin daha da artırılmasıdır.
BAKI, 28 oktyabr - Sputnik. Azərbaycan Ordusunun ümumqoşun poliqonlarının birində Hərbi Dəniz Qüvvələrinin sualtı hücum xüsusi təyinatlılarının hava desant hazırlığı toplanışı keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, "Sualtı hücum xüsusi təyinatlı kursu"nun kursant və təlimatçı heyəti ilə keçirilən toplanışda paraşüt hazırlığı üzrə müxtəlif tapşırıqlar yerinə yetirilib. Toplanışın keçirilməsində əsas məqsəd şəxsi heyətin paraşüt tullanışları vərdişlərinin təkmilləşdirilməsi, həmçinin onların döyüş və xüsusi hazırlıq səviyyəsinin daha da artırılmasıdır.
Xəbər lenti
0