DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Aİ-nin 12-ci sanksiya paketinə neft-qaz daxil olarsa, Macarıstan qoşulmaqdan vaz keçəcək

© AFP 2023 / SEBASTIEN BOZONqaz
qaz - Sputnik Azərbaycan, 1920, 28.10.2023
Abunə olmaq
Siyarto bildirib ki, Macarıstan üçün qırmızı xətt enerji, qaz, neft və atom enerjisidir.
BAKI, 28 oktyabr - Sputnik. Əgər Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı tətbiq edəcəyi sanksiyaların 12-ci paketinə Rusiya neftini, qazını və atom enerjisini daxil edərsə, Macarıstan bu sanksiyaların qəbuluna razılıq verməyəcək.
Bu barədə RİA Novosti Macarıstanın xarici işlər naziri Peter Siyartonun söylədiklərinə istinadən xəbər verir.
"Əgər növbəti paket də milli maraqlarımıza zidd olan nəsə olarsa, biz onun qəbul edilməsinə razılaşmayacağıq", - RİA Novosti Macarıstanın xarici işlər nazirindən sitat gətirib.
Siyartonun sözlərinə görə, Macarıstan üçün qırmızı xətt enerji, qaz, neft və atom enerjisidir.
Bu yaxınlarda macar naziri bildirib ki, Macarıstan Rusiya ilə əməkdaşlıqda Aİ-nin sanksiyalarından xilas ola biləcək hər şeyi qoruyub saxlamağı planlaşdırır.
Slovakiyanın Baş naziri Robert Fitso isə bəyan edib ki, respublika Avropa İttifaqından Rusiyaya qarşı sanksiyaların qəbulundan əvvəl təhlilin aparılmasını tələb edəcək.
Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir.
Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, ölkə Qərbin bir neçə il əvvəl Rusiyaya qarşı tətbiq etməyə başladığı və artmaqda davam edən sanksiya təzyiqinin öhdəsindən gələcək. Kremldə hesab edirlər ki, Qərbin Rusiyaya qarşı sanksiyaların uğursuzluğunu etiraf etməyə cəsarəti yoxdur.
Qərb ölkələrinin özündə də anti-Rusiya sanksiyalarının səmərəsiz olması ilə bağlı fikirlər dəfələrlə səsləndirilib.
Xəbər lenti
0