Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Volodin: Rusiya büdcəsi ölkənin inkişafını təmin etməlidir

© Sputnik / Пресс-служба Госдумы РФ / Mediabanka keçidRusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin
Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin  - Sputnik Azərbaycan, 1920, 27.10.2023
Abunə olmaq
2024-2026-cı illər üçün Rusiya büdcəsinin vəzifəsi ölkənin inkişafını təmin etmək, yaranan bütün çətinlikləri aradan qaldırmaq və sosial öhdəlikləri yerinə yetirməkdən ibarətdir.
BAKI, 27 oktyabr — Sputnik. 2024-2026-cı illər üçün Rusiya büdcəsinin vəzifəsi ölkənin inkişafını təmin etmək, yaranan bütün çətinlikləri aradan qaldırmaq və sosial öhdəlikləri yerinə yetirməkdən ibarətdir.
Rusiya parlamentinin aşağı palatasının sədri Vyaçeslav Volodin bu sözləri "Vahid Rusiya" fraksiyasının iclasında, büdcə qanun layihəsinin birinci oxunuşundan əvvəl deyib.
"Büdcə bütün çağırışların aradan qaldırılması vəzifəsini həll etməlidir. Büdcə ölkənin inkişafı problemini həll etməlidir, onsuz biz bunların öhdəsindən gələ bilmərik. Və təbii ki, büdcə sosial öhdəliklərin yerinə yetirilməsi ilə bağlı bütün məsələləri həll etməlidir", – deyə "TASS" Dövlət Dumasının spikerindən sitat gətirib.
Volodin ona qarşı tətbiq edilən və 2012-ci ildən bu yana sayı 17 mini ötmüş sanksiyaları Rusiya Federasiyası üçün ciddi çağırışlardan biri adlandırıb. Siyasətçi deputatları büdcəni qəbul edərkən bunu nəzərə almağa çağırıb.
Dövlət Dumasının sədri, həmçinin qanun layihəsində sosial öhdəliklərin artırılmasının, minimum əmək haqqının, pensiyaların və çoxuşaqlı ailələrə ödənişlərin artırılmasının əks olunmasının zəruriliyini bəyan edib.
Bundan əvvəl Maliyyə Nazirliyinin rəhbəri Anton Siluanov ölkənin müdafiə qabiliyyətinin təmin edilməsini və sosial ödənişləri Rusiya büdcəsində prioritet xərc maddələri adlandırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0