Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Tbilisidə Heydər Əliyev adına Azərbaycan Dram Teatrının yeni binasının təməli qoyulub

© Photo : REPORTTbilisidə Heydər Əliyev adına Azərbaycan Dram Teatrının yeni binasının təməli qoyulub
Tbilisidə Heydər Əliyev adına Azərbaycan Dram Teatrının yeni binasının təməli qoyulub - Sputnik Azərbaycan, 1920, 27.10.2023
Abunə olmaq
Yeni teatr binası inşa ediləcəyi torpaq sahəsində yerləşən tarixi binanın restavrasiyası və sahəsinin genişləndirilməsi hesabına tamamlanacaq
BAKI, 27 oktyabr — Sputnik. Gürcüstanın paytaxtı Tbilisidə Heydər Əliyev adına Azərbaycan Dram Teatrının yeni binasının təməlqoyma mərasimi keçirilib. Mərasimdə Baş nazir Əli Əsədov, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze, eləcə də hər iki ölkədən digər dövlət və hökumət rəsmiləri, gürcü və azərbaycanlı ictimai xadimlər, iş adamları, media nümayəndələri iştirak edir.
Yeni teatr binası inşa ediləcəyi torpaq sahəsində yerləşən tarixi binanın restavrasiyası və sahəsinin genişləndirilməsi hesabına tamamlanacaq.
Abidə müasir fasadla sintez olunacaq. Eləcə də müasir və qabaqcıl texnologiyalarla təchiz olunmuş 500-600 nəfərlik tamaşa zalı və interaktiv ekspozisiya sahəsinin yaradılması planlaşdırılır. Bununla da yüksək texnoloji imkanları ilə beynəlxalq əhəmiyyətli konfransların, müxtəlif növ sərgilərin keçirilməsi imkanı yaradılacaq. Layihəyə əsasən, mövcud torpaq sahəsində tikildiyi zaman teatrın ümumi ərazisi 2 565 kvadrat metr olacaq.
Teatr binasının ümumi tamaşaçı tutumunun 256 nəfər olacağı bildirilir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar 2023-cü il Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan olunub. Yeni teatr kompleksinin təməlqoyma mərasiminin Azərbaycan xalqının Ümummilli Lideri, Gürcüstanın böyük dostu Heydər Əliyevin 100 illiyinə həsr olunan mötəbər tədbirlər çərçivəsində keçirilməsi böyük rəmzi məna daşıyır.
Məlumat üçün bildirək ki, Tbilisi Dövlət Azərbaycan Dram Teatrı 1872-ci ildə təsis edilib və 1947-ci ilə kimi fəaliyyət göstərib. Həmin ildə bağlanan teatr 2004-cü ildə Ulu Öndər Heydər Əliyevin adı ilə yenidən fəaliyyətə başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0