Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert: Zəngəzur dəhlizi qlobal nəqliyyat arteriyasına çevrilə bilər

© iStock.com / baonaYük avtomobilləri, arxiv
Yük avtomobilləri, arxiv - Sputnik Azərbaycan, 1920, 27.10.2023
Abunə olmaq
Mütəxəssis xatırladıb ki, bu marşrut sovet dövründə Naxçıvanın Culfa rayonu vasitəsilə fəaliyyət göstərib və dəmiryolu nəqliyyatı ilə kifayət qədər ciddi yük daşımalarının təmin olunmasına imkan yaradıb.
BAKI, 27 oktyabr — Sputnik. Zəngəzur dəhlizi işə düşdükdən sonra beynəlxalq daşımaların qlobal nəqliyyat arteriyasına çevrilə bilər.
Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil olunan videokörpü zamanı "Avrasiya aqrologistikası" aqrosənaye fəaliyyətinin inkişafına yardım üzrə muxtar qeyri-kommersiya təşkilatının baş direktoru, texnika elmləri doktoru, professor Alevtina Kirillova deyib.

"Zəngəzur dəhlizi Azərbaycan, Rusiya, Ermənistan və İran üçün strateji əhəmiyyət kəsb edir. Bu quru marşrutunun Rusiya və Türkiyəni birləşdirə biləcək dəmiryolu və magistral yoldan ibarət olması planlaşdırılır", - deyə Kirillova qeyd edib.

© Фотохост-агентство "РИА Новости" / Mediabanka keçidTexnika elmləri doktoru, professor Alevtina Kirillova
KAZANFORUM 2023. Пресс-конференция Международный транспортный коридор Север-Юг. Россия – Восток логистика: импорт – экспорт - Sputnik Azərbaycan, 1920, 27.10.2023
Texnika elmləri doktoru, professor Alevtina Kirillova
Ekspert xatırladıb ki, bu marşrut sovet dövründə Naxçıvanın Culfa rayonu vasitəsilə fəaliyyət göstərib və dəmir yolu ilə kifayət qədər ciddi yük daşımalarının təmin olunmasına imkan verib.
Kirillova qeyd edib ki, bu dəhlizin Rusiya üçün xüsusi əhəmiyyəti var. Belə ki, hazırda Rusiyadan Türkiyəyə mallar tədarük edildikdə onlar Gürcüstan ərazisindən qeyri-sabit serpantin yoldan keçirlər. Bundan əlavə, pis hava şəraiti üzündən bu yol daim bağlı qalır.
Eyni zamanda, Rusiya mallarının Türkiyə bazarına digər çıxışı Bakı-Tbilisi-Qars dəmiryolu marşrutudur ki, bu marşrutda da bir sıra infrastruktur çətinlikləri mövcuddur. Məsələn, indi onun bir hissəsi təmir işləri ilə əlaqədar işləmir.

"Müvafiq olaraq, Zəngəzur dəhlizi işə düşsə, Ermənistan və Türkiyəyə hər cür hava şəraiti və ilboyu avtomobil nəqliyyatından istifadəyə imkan verəcək, həmçinin dəmiryolu ilə yüklərin daşınmasını təmin edəcək və dəmiryolu daşımalarının məsafəsi təxminən 200 km qısalacaq", - deyə ekspert bildirib.

"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi boyunca yük daşımalarının artırılması
Kirillovanın sözlərinə görə, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi (BND) layihəsi çərçivəsində Rəşt-Astara hissəsinin işə salınması Azərbaycan ərazisindən tranzit yolu ilə Rusiyadan İranın cənub limanlarına keçid dəhlizinin işə salınmasına imkan verəcək.
"Bu hissə işə salındıqdan sonra mümkün yük axını hesablanarkən onun illik 30 milyon tona qədər yükün tranzitini təmin edəcəyi güman edilir. İran və Rusiya arasında razılaşmaya əsasən, birləşdirilmiş yol çəkilməlidir", - deyə mütəxəssis bildirib.
Ekspert qeyd edib ki, bu birbaşa marşrutun fəaliyyətə başlaması Rusiyadan İrana, Xəzər regionu ölkələrinə və Yaxın Şərqə ixrac olunan yüklərin həcmini artıracaq, həmçinin Azərbaycanın tranzit potensialını artıracaq.
Kirillova vurğulayıb ki, tikintiyə hələ başlanılmayıb - hazırda geoloji kəşfiyyatın layihələndirmə mərhələsi və layihədə iştirak edəcək şirkətlərin həm Rusiya, həm də İran tərəfdən fəal axtarışı davam edir.

"Müqaviləyə əsasən, tikintiyə 4 il vaxt ayrılıb, yəni plana görə, 2028-ci ildə marşrut üzrə nəqliyyat başlamalıdır. Rusiya layihəyə 1,3 milyard dollar kredit ayırır. Rəşt-Astara hissəsinin işə salınması zamanı "Şimal-Cənub"un qərb marşrutunun keçid qabiliyyəti 2030-cu ilə qədər 40 milyon tona çatmalıdır", - deyə o, bildirib.

Eyni zamanda, BND üzrə yük axınının artırılması nəzərdə tutulan malların nomenklaturası taxıl, kənd təsərrüfatı məhsullarıdır, yəni bu yaxınlarda Rusiya ilə Azərbaycan arasında işə salınmış və ixrac-idxal əməliyyatlarında istifadə olunan "Agroexpress" vasitəsilə daşınan mallardır.
Kirillova həmçinin qeyd edib ki, hazırda yük bazasının konsolidasiyası üzərində işlər aparılır. "Rusiya Dəmir Yolları" azərbaycanlı tərəfdaşlarla birlikdə həm xüsusi temperatur şəraiti tələb edən tez xarab olan mallardan, həm də quru qida məhsullarından ibarət yük aqrosənaye bazasının formalaşdırılması məsələsini müzakirə edir. Bu, "Agroexpress" qatarını müntəzəm olaraq işə salmaq üçün lazımdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0