SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Aİ Ermənistan və Azərbaycan arasında vasitəçiliyi davam etdirəcək - Mişel

© AFP 2023 / NIALL CARSONAvropa İttifaqı Şurasının prezidenti Şarl Mişel
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel - Sputnik Azərbaycan, 1920, 27.10.2023
Abunə olmaq
Ərazi bütövlüyü və suverenliyin qarşılıqlı tanınması əsasında Azərbaycan və Ermənistan arasında normallaşmaya nail olmaq üçün Aİ-nin vasitəçilik səylərini təşviq etməyə sadiqik.
BAKI, 27 oktyabr — Sputnik. Brüsseldə keçirilən sammitdən sonra Aİ liderləri Ermənistan və Azərbaycan arasında nizamlanma üzrə vasitəçiliyi davam etdirmək niyyətində olduqlarını bəyan ediblər. Bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bildirib.

"Biz Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdik. Ərazi bütövlüyü və suverenliyin qarşılıqlı tanınması əsasında Azərbaycan və Ermənistan arasında normallaşmaya nail olmaq üçün Aİ-nin vasitəçilik səylərini təşviq etməyə sadiqik",- deyə Mişel bildirib.

Qeyd edək ki, bu ayın əvvəlində Qranadada keçirilən 3-cü Avropa Siyasi Sammitində iştirak edən Aİ Şurasının Prezidenti Şarl Mişel "France-Presse"ə açıqlamasında deyib ki, oktyabrın sonunda Avropa İttifaqının (Aİ) ev sahibliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçiriləcək.
O bildirib ki, Brüsseldə baş tutacaq görüşlə bağlı tərəflər artıq məlumatlandırılıb. Daha sonra isə oktyabrın sonunda keçirilməsi nəzərdə tutulan görüşün baş tutmayacağı məlum olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0