DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İsrail ərzaq çatışmazlığı ilə üzləşə bilər

© AFP 2023 / HENDRIK SCHMIDTİsrail
İsrail  - Sputnik Azərbaycan, 1920, 26.10.2023
Abunə olmaq
İsrail ixrac etdiyindən təxminən üç dəfə çox ərzaq və kənd təsərrüfatı məhsulları idxal edir.
BAKI, 26 oktyabr — Sputnik. Gəmiçilik şirkətləri HƏMAS ilə artan münaqişə fonunda İsrail limanlarına daxil olmağın çox riskli olduğuna qərar verərsə, İsrail ərzaq çatışmazlığı ilə üzləşə bilər. Bu barədə "Foreign Policy"nin analitik məqaləsində qeyd olunur
Nəşr ABŞ Kənd Təsərrüfatı Departamentinin 2022-ci il üçün hesabatına istinadən yazır ki, İsrail şəkər, bitki yağları və yağlı bitkilər, qida sənayesi üçün yem, taxıl və digər xammalların istehlakı üçün demək olar ki, tamamilə idxaldanasılıdır. İsrail ixrac etdiyindən təxminən üç dəfə çox ərzaq və kənd təsərrüfatı məhsulları idxal edir. Bu mallar Aşdod və Hayfa limanlarından keçir.
Qeyd olunub ki, ötən həftə Tayvanın ən böyük gəmiçilik şirkətlərindən biri olan Evergreen Line artıq fors-major vəziyyət elan edib və davam edən təhlükəli vəziyyət səbəbilə Aşdodda gəmilərindən birinin planlaşdırılan səfərini ləğv edib.
Digər gəmiçilik xətləri və onların sığortaçıları da münaqişə fonunda İsrail limanlarına daxil olub-olmamağı düşünürlər. İsrail suları artıq gəmiçilikdə ən yüksək risk kateqoriyasına aiddir və indi risklər bir neçə yüz faiz artıb. İsrailin Qəzza zolağına yaxınlaşan quru hücumu İsrail limanlarına və oradan gələn kommersiya gəmiçilik səfərlərini daha da təhlükəli və bahalı edə bilər.
Hazırda Aşdoda gələn gəmi üçün gəmiçilik şirkətləri tərəfindən ödənilən əlavə müharibə riski sığorta haqqı gəminin ümumi dəyərinin 0,65%-ni təşkil edir. Özü də riskli olan Liviyanın Tripoli limanında bu nisbət 0,4% təşkil edir - eyni əmsal indi Hayfada da qüvvədədir. Yəmənin Qırmızı dənizdəki Hudeyda limanında bu nisbət 0,75% təşkil edir. Hətta dəniz quldurları ilə məşhur olan Somalinin Moqadişu limanı Aşdoddan daha ucuzdur və 0,5% nisbətinə malikdir. Nəşrin analitiki qeyd edir ki, əslində, yalnız Rusiya və Ukraynanın Qara dəniz limanları hərbi risk üçün Aşdoda nisbətən əhəmiyyətli dərəcədə yüksək riskə malikdirş Bu gəminin ümumi dəyərinin 1%-idir.
Xəbər lenti
0