Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Mərmər soyuğu" Beynəlxalq Film Festivalında iştirak edəcək

© Photo : AzerbaijanfilmMərmər soyuğu
Mərmər soyuğu - Sputnik Azərbaycan, 1920, 26.10.2023
Abunə olmaq
Filmin baş prodüseri Arzu Əliyeva, rejissoru Asif Rüstəmov, ssenari müəllifləri Asif Rüstəmov və Roelof Jan Minneboo, quruluşçu operatorları Oktay Namazov və Adil Abbasov, quruluşçu rəssamı isə Rafiq Nəsirovdur.
BAKI, 26 oktyabr — Sputnik. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Azərbaycanfilm" kinostudiyası, İctimai Televiziya, Bakı Media Mərkəzi və Fransanın "Arizona Films" şirkətlərinin birgə istehsalı olan "Mərmər soyuğu" bədii filmi 7-12 noyabr 2023-cü il tarixlərində Almaniyanın Kottbus şəhərində keçirilən 33-cü Cottbus Beynəlxalq Film Festivalında iştirak edəcək. "Azərbaycanfilm" kinostudiyasından verilən xəbərə görə, "Mərmər soyuğu" festivalın əsas müsabiqə bölməsində 12 ekran əsəri ilə yarışacaq.
Filmin baş prodüseri Arzu Əliyeva, rejissoru Asif Rüstəmov, ssenari müəllifləri Asif Rüstəmov və Roelof Jan Minneboo, quruluşçu operatorları Oktay Namazov və Adil Abbasov, quruluşçu rəssamı isə Rafiq Nəsirovdur. Prodüserlər Fariz Əhmədov, Orman Əliyev və Guillaume de Seille, kreativ prodüser isə İradə Bağırzadədir. Baş rollarda Elşən Əsgərov, Natavan Abbaslı və Xalq artisti Qurban İsmayılov çəkiliblər. Uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edən filmdə həbsdən evə qayıdan ata oğlunun həyatına müdaxilə etməyə çalışır.
Qeyd edək ki, film dünya premyerasını 2022-ci ilin noyabr ayında PÖFF Tallin Qara Gecələr Film Festivalında edib.
"MƏRMƏR SOYUĞU" FİLMİNİN FESTİVAL QRAFİKİ:
PÖFF Tallin Qara Gecələr Film Festivalı – "Ən yaxşı aktyor" mükafatı (2022, Estoniya)
53-cü GOA Beynəlxalq Film Festivalı – Əsas müsabiqə (2022, Hindistan)
16-cı Avrasiya Beynəlxalq Film Festivalı – "Ən yaxşı rejissor" mükafatı (2022, Qazaxıstan)
29-cu Asiya Filmləri Beynəlxalq Festivalı – Əsas müsabiqə (2023, Fransa)
27-ci Sofiya Beynəlxalq Film Festivalı – Əsas müsabiqə (2023, Bolqarıstan)
5-ci Beynəlxalq Kimolos Film Festivalı – "Qızıl ağac" ("Qran-Pri") mükafatı (2023, Yunanıstan)
30-cu Paliç Avropa Film Festivalı - Münsiflər heyətinin xüsusi mükafatı (2023, Serbiya)
4-cü Lendok Beynəlxalq Film Festivalı - "Ən yaxşı birgə istehsala görə" Festivalın Xüsusi Mükafatı (2023, Rusiya)
Xəbər lenti
0