SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Mirzoyan sərhədlərin hansı xəritələr əsasında delimitasiyasına razı olduqlarını açıqladı

© Sputnik / Алексей Филиппов / Mediabanka keçidArarat Mirzoyan
Ararat Mirzoyan  - Sputnik Azərbaycan, 1920, 25.10.2023
Abunə olmaq
Ermənistan Xarici İşlər Naziri bildirib ki, bu problemlərin həlli Ermənistan ərazisi ilə "əsl dünyanın kəsişməsi"ni yaradacaq.
BAKI, 25 oktyabr — Sputnik. İrəvan sülh sazişi üçün danışıqları davam etdirməyə hazırdır. Bunu Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan kanadalı həmkarı Melani Coli ilə İrəvanda keçirdiyi birgə mətbuat konfransında bildirib.
Erməni nazir qeyd edib ki, bu kontekstdə ərazi bütövlüyünün tanınması ilə yanaşı, SSRi Baş Qərargahının son xəritələri əsasında iki ölkənin sərhədlərinin delimitasiyası və demarkasiyası istiqamətində də iş aparılmalıdır.
"Biz həmçinin suverenliyin toxunulmazlığı, qarşılıqlılıqlı prinsiplər əsasında regional kommunikasiyaların bərpasındasında maraqlıyıq", - Mirzoyan əlavə edib.
O, ümid edir ki, bu problemlərin həlli Ermənistan ərazisi ilə "əsl dünyanın kəsişməsi"ni yaradacaq.
Bundan əvvəl məlum olub ki, Ermənistan və Azərbaycan liderləri arasında oktyabrın sonu üçün elan edilmiş Brüssel görüşü baş tutmayacaq.
Xəbər lenti
0