DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Kanada İrəvanda səfirlik açıb

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidİrəvana mənzərə
İrəvana mənzərə - Sputnik Azərbaycan, 1920, 25.10.2023
Abunə olmaq
Mərasimdə Kanadanın Ermənistandakı ilk səfiri Endryu Törner də iştirak edib.
BAKI, 25 oktyabr — Sputnik. Ermənistanda Kanada səfirliyinin açılışı olub.
Sputnik Ermənistan-ın xəbərinə görə, səfirliyin açılış mərasimində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və İrəvanda səfərdə olan Kanadanın xarici işlər naziri Melani Coli iştirak edib.
Mərasimə Kanadanın Ermənistandakı ilk səfiri Endryu Törner də qatılıb.
Qeyd edək ki, Kanada əvvəllər Moskvadakı səfirliyi vasitəsilə Ermənistanla diplomatik əlaqələr saxlayırdı. Ermənistanda Kanadanın konsulluğu olsa da, o, öz ölkəsinin vətəndaşlarına məhdud xidmətlər göstərirdi.
Xatırladaq ki, bir müddət əvvəl yeni səfir Endryu Törner etimadnaməsini Ermənistan Prezidenti Vaaqn Xaçaturyana təqdim edib.
Xəbər lenti
0