DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

BMT-nin Baş katibi sözlərinin yanlış şərh edilməsindən şoka düşüb

© AP Photo / Paul WhiteBMT-nin baş katibi Antonio Quterreş
BMT-nin baş katibi Antonio Quterreş - Sputnik Azərbaycan, 1920, 25.10.2023
Abunə olmaq
Quterreş bildirib ki, İsrail-Fələstin qarşıdurmasının qurbanlarına və onların ailələrinə hörmət baxımından vəziyyəti aydınlaşdırmalı olub.
BAKI, 25 oktyabr — Sputnik. BMT-nin baş katibi Antonio Quterreş Fələstin HƏMAS hərəkatının hərəkətlərinə haqq qazandırdığı iddiası ilə ona qarşı ittihamları qətiyyətlə rədd edib. O, sözlərinin yanlış şərh edildiyini düşünür.
“Dünən bəzi bəyanatlarımın yanlış şərh edilməsi məni şoka saldı - sanki bu bəyanatlar HƏMAS-ın terror aktlarına haqq qazandırıblar. Bu, doğru deyil”, - deyə BMT-nin baş katibi bildirib.
Onun sözlərinə görə, o, Fələstin xalqına qarşı iradlarından danışıb. Bununla belə qeyd edib ki, bu iradlar HƏMAS-ın hərəkətlərinə haqq qazandıra bilməz.
Quterreş vurğulayıb ki, o, sadəcə olaraq Yaxın Şərq böhranının bütün aspektləri ilə bağlı mövqeyini açıqlayıb:
“Hesab edirəm ki, mən, xüsusən də qurbanlara və onların ailələrinə hörmət baxımından vəziyyəti aydınlaşdırmalı oldum” - o, deyib.
12:20
Dünya uçurumun astanasındadır
"Dünya uçurumun astanasındadır və daha çox insan zərər çəkmədən tədbir görülməlidir".
Bunu BMT-nin Baş katibi Antonio Quterreş 24 Oktyabr - Birləşmiş Millətlər Təşkilatı Günü münasibətilə X sosial platformasında yazıb.

"Bu gün BMT Nizamnaməsinin qüvvəyə minməsinin 78-ci ildönümüdür. Bu kritik saatlarda mən hər kəsi zorakılıq nəticəsində daha çox insanın həyatına son qoymadan və bu, daha da yayılmadan uçurumdan geri çəkilməyə çağırıram", - deyə baş katib bildirib.

Qeyd edək ki, hər il oktyabrın 24–ü Birləşmiş Millətlər Təşkilatı Günü kimi qeyd olunur. Bu tarix BMT Nizamnaməsinin 1945-ci il oktyabrın 24-də qüvvəyə minməsi ilə əlaqədar Baş Assambleya tərəfindən 1947-ci il oktyabrın 31-də təsis olunub.
Xatırladaq ki, İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan baş katib Antonio Quterreşi istefaya çağırıb. Bu barədə Gilad Erdan "X" hesabında paylaşım edib.
O, iddia edir ki, BMT baş katibinin Fələstin-İsrail münaqişəsi ilə bağlı mövqeyi ona bu vəzifəni tutmağa imkan vermir.
"Uşaqların, qadınların və qocaların kütləvi şəkildə qətlə yetirilməsi kampaniyasını başa düşməyən BMT-nin baş katibi təşkilata rəhbərlik etməyə yaraşmır. Mən onu dərhal istefaya çağırıram", - deyə Erdan sosial şəbəkədəki səhifəsində bildirib.
Oktyabrın 7-də səhər saatlarında Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi Əl-Əqsa tufanı əməliyyatı çərçivəsində İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başlayıb. Hücumdan bir neçə gün sonra İsrail hərbçiləri Qəzza sərhədi yaxınlığındakı bütün yaşayış məntəqələrini nəzarətə götürüb və hədəflərə, o cümlədən mülki şəxslərə hava zərbələri endirməyə başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan edib: su, qida, elektrik, dərman və yanacaq tədarükü dayandırılıb.
Qəzza zolağında qurbanların sayı 5 minə yaxındır, həlak olan İsrail sakinlərinin sayı isə mini keçib, bir neçə min israilli və fələstinli yaralanıb.
Rusiya Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Rusiya prezidenti Vladimir Putin bildirib ki, Yaxın Şərq böhranının həlli yalnız BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş və Fələstin daxilində müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan "iki dövlət" formuluna əsasən mümkündür.
Tərəflərin ərazi maraqları ilə bağlı Fələstin-İsrail münaqişəsi uzun onilliklər ərzində regionda gərginlik və toqquşma mənbəyi olub. 1947-ci ildə SSRİ-nin fəal rolu ilə BMT-nin qərarı iki dövlətin - İsrail və Fələstinin yaradılmasını müəyyən etdi, lakin yalnız İsrail dövləti yaradıldı. İsrail iki dövlət prinsipi ilə razılaşdığını bəyan etməklə yanaşı, Fələstin torpaqlarını tam azad etməyib.
Xəbər lenti
0