CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah bu ərazilərdə qaz olmayacaq

CC0 / Public Domain Pictures / GasQaz plitəsi, arxiv şəkli
Qaz plitəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.10.2023
Abunə olmaq
Yeni kranın quraşdırılması ilə bağlı 25.10.2023-cü il tarixdə saat 10:00-dan etibarən işlər başa çatanadək “Gəncə Körpü Tikinti-2”, “Bağmanlar” və “Daşkəsən” QPS-lərdən, “Bayan” və “Xoşbulaq” QTM-lərdən qaz təchizatının dayandırılması planlaşdırılır.
BAKI, 24 oktyabr - Sputnik. “Qaz İxrac” İdarəsinə məxsus “Daşkəsən-Xoşbulaq” magistral qaz kəməri qolunun 0-cı km-də kranın demontaj olunaraq əvəzinə yeni kranın quraşdırılması ilə bağlı 25.10.2023-cü il tarixdə saat 10:00-dan etibarən işlər başa çatanadək “Gəncə Körpü Tikinti-2”, “Bağmanlar” və “Daşkəsən” QPS-lərdən, “Bayan” və “Xoşbulaq” QTM-lərdən qaz təchizatının dayandırılması planlaşdırılır. Bu haqda “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Təmir işləri aparılan müddətdə Daşkəsən rayonunun tam olaraq, Gəncə şəhərinin və Göygöl rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0