CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fransa və Ermənistan arasında müqavilə regionda balansın pozulmasına yönəlib - Deputat

© © AZƏRTACTural Gəncəliyev, arxiv
Tural Gəncəliyev, arxiv - Sputnik Azərbaycan, 1920, 24.10.2023
Abunə olmaq
Tural Gəncəliyev bildirib ki, Fransa və Ermənistan arasında hərbi sahədə əməkdaşlıqla bağlı imzalanan sonuncu müqavilə regionda olan həssas balansın pozulmasına yönəlib və Azərbaycanın milli təhlükəsizliyinə xələl gətirəcək hadisədir.
BAKI, 24 oktyabr - Sputnik. “Son zamanlar Fransanın Cənubi Qafqazda aqressiv siyasətinin yeni təzahürləri meydana çıxıb”. Bunu Milli Məclisin deputatı Tural Gəncəliyev parlamentin oktyabrın 24-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Fransa və Ermənistan arasında hərbi sahədə əməkdaşlıqla bağlı imzalanan sonuncu müqavilə regionda olan həssas balansın pozulmasına yönəlib və Azərbaycanın milli təhlükəsizliyinə xələl gətirəcək hadisədir:
“Bunu ciddi şəkildə qınamalı və pisləməliyik”.
Deputat bildirib ki, Fransa yeni müstəmləkəçilik siyasətinin adını dəyişərək bir sıra əraziləri öz nəzarətində saxlayır:

“Bu zülmə qarşı xalqların səsinə səs verməliyik. Ritorika səviyyəsində Fransanın beynəlxalq təşkilatlarda apardığı aqressiv siyasəti pisləməliyik”.

Millət vəkili onu da deyib ki, Fransanın Cənubi Qafqazda aqressiv siyasətini ifşa edən tədbirlər keçirməliyik:
“Keçən həftə Bakıda belə bir tədbir keçirildi. Fransa müstəmləkəçilik siyasətini bu gün də davam etdirir. Fransa BMT Təhlükəsizlik Şurasına üzvü olmağa layiq deyil. Avropa Şurasının Parlament Assambleyası kimi institutlar Parisdən çıxarılmalıdır”.
Xatırladaq ki, dünən Ermənistan müdafiə naziri Suren Papikyan "X" hesabında bildirib ki, Fransa və Ermənistan Müdafiə nazirlikləri arasında əməkdaşlığa dair sənədlər imzalanıb.
Onun sözlərinə görə görüş zamanı razılaşmaların icrası ilə bağlı görülən işlərin gedişi müzakirə olunub:
“Əməkdaşlığın inkişafı üçün yeni imkanlar, o cümlədən müdafiə sistemlərinin əldə edilməsi, hərbi təhsil, təlim, təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər sahələr qeyd edilib. Əməkdaşlığımızın hazırkı vəziyyəti yüksək qiymətləndirilib. Müdafiə sahəsində əməkdaşlığın inkişafına hərtərəfli dəstəyə görə mən Fransa tərəfinə minnətdarlığımı bildirdim”.
Əlavə edək ki, Ermənistan Fransadan üç GM200 radio lokasiya sistemləri alacaq. B barədə "Reuters" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, İrəvan və Paris Fransanın “Mistral” qısamənzilli hava hücumundan müdafiə sistemlərinin gələcək tədarükü ilə bağlı anlaşma memorandumu da imzalayıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0