SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan Azərbaycana təzminat verməlidir - Deputat

© © Aİİ Mətbuat xidmətiCeyhun Məmmədov, arxiv
Ceyhun Məmmədov, arxiv - Sputnik Azərbaycan, 1920, 24.10.2023
Abunə olmaq
Ceyhun Məmmədov qeyd edib ki, bir neçə gündür Ermənistan rəsmiləri ard-arda Qarabağdan onların təhriki ilə çıxmış ermənilərə təzminat verilməsi ilə bağlı bəyanatlar verirlər.
BAKI, 24 oktyabr - Sputnik. "Ermənistan Azərbaycana təzminat verməlidir". Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov bildirib.
O qeyd edib ki, bir neçə gündür Ermənistan rəsmiləri ard-arda Qarabağdan onların təhriki ilə çıxmış ermənilərə təzminat verilməsi ilə bağlı bəyanatlar verirlər:
"Məlum olduğu kimi, Qarabağdan çıxan ermənilər özləri dəfələrlə bəyan etdilər ki, onlara Qarabağdan çıx deyilib ona görə onlar bu əraziləri tərk ediblər. Burada digər diqqət çəkən məsələ Qərb dövlətlərinin parlamentlərinin ard-arda Azərbaycan əleyhinə bəyanat vermələridir. Burada da Avropa Şurası və Fransanın izi özünü açıq göstərir. Heç şübhəsiz ki, bu məsələdə birmənalı olaraq heç kimin Azərbaycanı günahlandırmağa haqqı yoxdur".

"Təzminata gəldikdə isə onu Azərbaycan yox, Ermənistan verməlidir. 17 min kvadratkilometr ərazidəki bütün infrastrukturu, mədəni irsi dağıtdığına görə. Azərbaycan bu ərazilərin həqiqi sahibi kimi azad etdiyi ərazilərdə hər şeyi olduğu kimi qoruyur və qoruyacaq. Kiminsə bunu bizə deməsinə ehtiyac yoxdur. Burada yenə belə bir haqlı sual yaranır. Niyə həmin bu dövlətlər Azərbaycana qarşı eyni münasibəti sərgiləmirlər? Ermənilər işğal etdikləri rayonlarımızda bütün dini abidələri dağıdıblar. Buradakı muzeylərdə olan tarixi abidələri Ermənistana və Avropaya daşıyıblar. Şuşa xalaçalarını Ermənistanda erməni xalçası kimi təqdim ediblər. Görünür yalançı xristian təəssübkeşliyi buna imkan vermir", - deyə deputat vurğulayıb.

Diqqətə çatdırılıb ki, ermənilər tarixi Azərbaycan torpaqlarındakı həmin avropalıların da din qardaşı olan albanların yüzlərlə kilsə və tarixi abidələrini dağıtmış və ya saxtalaşdırmışlar.
C.Məmmədov vurğulayıb ki, bu gün Qarabağdakı tarixi kilsələrin hamısı albanlara aiddir, ermənilərə aidiyyatı yoxdur:
"Ermənistanın havadarları narahat olmasınlar. Onlar bizim abidələrdir. Tarixən olduğu kimi bu gün də biz o abidələrin həqiqi varisləri kimi onları qoruyacağıq. Burada düşünürəm həmin Qərb dairələri Ermənistandan hesabat istəməlidirlər ki, onlar niyə bu abidələrə qənim kəsilərək onları dağıdıb və ya saxtalaşdırıblar. Burada təzminatı albanların pozulmuş hüquqlarına görə Azərbaycan yox Ermənistan verməlidir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0