SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

“3+3” formatından sonra bizə təzyiqlər artacaq - Siyavuş Novruzov

© Photo : APASiyavuş Novruzov
Siyavuş Novruzov - Sputnik Azərbaycan, 1920, 24.10.2023
Abunə olmaq
Komitə sədri vurğulayıb ki, bu gün Avropa İttifaqına daxil olan ölkələrin Azərbaycana qarşı ədalətsiz yanaşmasını hiss edirik.
BAKI, 24 oktyabr - Sputnik. “3+3” formatından sonra bizə qarşı təzyiqlər artacaq və biz buna hazırlıqlı olmalıyıq. Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
O bildirib ki, bu baxımdan Milli Məclisin üzərinə böyük yük düşür:

"Beynəlxalq ictimaiyyətin məlumatlandırılması üçün dostluq qruplarında, parlamentlərarası əlaqələr üzrə işçi qruplarında işimizi davam etdirməliyik. Heç bir qüvvə Azərbaycana qarşı ədalətsiz mövqe tuta bilməz”.

Komitə sədri vurğulayıb ki, bu gün Avropa İttifaqına (Aİ) daxil olan ölkələrin Azərbaycana qarşı ədalətsiz yanaşması hiss olunur:
"Baxmayaraq ki, Azərbaycan Aİ ölkələri ilə ticarət əlaqələri var, enerji təhlükəsizliyinə töhfə verir, çətin anda həmin ölkələrin yanındadır".
Deputat vurğulayıb ki, bu gün ermənilərə qarşı hər hansı soyqırımı həyata keçirilməyib, əksinə, Azərbaycana qarşı soyqırımlar həyata keçirilib və bu, tarix sənədlərində var.
Xatırladaq ki, 23 oktyabr 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Tehran şəhərində “3+3” regional məşvərət formatının nazirlər səviyyəsində keçirilən birinci görüşündə iştirak və çıxış edib.
Nazir çıxışında qeyd olunan formatın regional problemlərə region ölkələri tərəfindən həll yollarını nəzərdən keçirmək məqsədilə yaradıldığını qeyd edib.
Platformanın mövcud ikitərəfli və digər əməkdaşlıq formatlarını tamamlamaq, regionda təhlükəsizliyi və sabitliyi gücləndirmək, iqtisadi artım və tərəqqi naminə istifadə edilməmiş potensialı üzə çıxarmaq üçün əhəmiyyətli potensiala malik olduğunu bildirib.
Region ölkələrinin qarşılıqlı fəaliyyət və əməkdaşlığının təməl daşı kimi suverenliyə, ərazi bütövlüyünə və bir-birilərinin sərhədlərinin toxunulmazlığına hörmətin, daxili işlərə qarışmamağın vacibliyini vurğulayıb.
Nazir çıxışında Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin, Rusiya, Azərbaycan və İranın iştirakı ilə Şimal-Cənub dəhlizinin və Azərbaycan-İran-Türkiyə üçtərəfli formatının yalnız bir dövlətin xeyrinə deyil, hər kəsin ortaq mənfəəti olduğunu əyani şəkildə nümayiş etdirdiyini, bu layihələrin və formatların müsbət təsirinin region ölkələri ilə məhdudlaşmadığını və daha geniş coğrafiyada tərəfdaşlarımızı əhatə etdiyini diqqətə çatdırıb.
Regional bağlantıların təşviqinin yalnız tranzit və nəqliyyat sahələrində deyil, enerji təhlükəsizliyi və energetika kimi sahələrdə istifadə olunmamış geniş potensialdan faydalanmaq üçün də vacib olduğunu diqqətə çatdırıb.
Əlavə edək ki, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian "3+3" regional platformasının XİN rəhbərlərinin iclasından sonra mətbuata açıqlamasında deyib ki, XİN başçıları səviyyəsində "3+ 3" formatında görüşün növbəti mərhələsi Türkiyədə keçiriləcək. Daha sonra isə Bakıda və İrəvanda növbəti görüşlər baş tutacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0