CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Masallıda keçmiş məhkum külli miqdarda narkotiklə tutuldu

© AFP 2023 / AIZAR RALDESNarkotik
Narkotik - Sputnik Azərbaycan, 1920, 23.10.2023
Abunə olmaq
Araşdırmalarla saxlanılan şəxsin həmin narkotik vasitəni satışını təşkil etmək üçün İran vətəndaşı vasitəsilə əldə etdiyi müəyyən edilib.
BAKI, 23 oktyabr — Sputnik. Keçmiş məhkum Masallıda külli miqdarda narkotiklə tutulub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər eyni əmələ görə məhkum olunmuş Abşeron rayon sakini Xəyal Abasov idarə etdiyi "Subaru Forester" markalı avtomobildə saxlanılıb. Keçirilən baxış zamanı həmin nəqliyyat vasitəsinin yük yerindən 6 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.
Araşdırmalarla saxlanılan şəxsin həmin narkotik vasitəni satışını təşkil etmək üçün İran vətəndaşı vasitəsilə əldə etdiyi müəyyən edilib.Məhkəmənin qərarı ilə X.Abasov barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.
Xəbər lenti
0