DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğan İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası sənədini parlamentə göndərib

© AFP 2023 / ADEM ALTANTürkiyə Böyük Millət Məclisi
Türkiyə Böyük Millət Məclisi - Sputnik Azərbaycan, 1920, 23.10.2023
Abunə olmaq
İsveç və Finlandiya ötən ilin mayında Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət edib.
BAKI, 23 oktyabr - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası sənədini Türkiyə Böyük Millət Məclisinə (TBMM) göndərib.
"Report" xəbər verir ki, İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası sənədi Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.
Qeyd edək ki, İsveç və Finlandiya ötən ilin mayında Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət edib. Finlandiya bu il aprelin 4-də NATO-nun 31-ci üzvü olub. Lakin İsveçin müraciəti hələ də müsbət nəticələnməyib.
Xəbər lenti
0