DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Aİ nazirlər şurasının iclasında Azərbaycan-Ermənistana münaqişəsi müzakirə ediləcək

© AP Photo / Virginia MayoAİ bayraqları
Aİ bayraqları - Sputnik Azərbaycan, 1920, 23.10.2023
Abunə olmaq
Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi ilə bağlı Avropa vasitəçiliyi, həmçinin Aİ-nin Ermənistanaa yardım və bu ölkə ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olunacaq.
BAKI, 23 oktyabr — Sputnik. Avropa İttifaqının xarici işlər nazirləri bu gün Lüksemburqda Xarici İşlər Nazirləri Şurasının növbəti iclasını keçirəcək. Əsas mövzular Fələstin-İsrail münaqişəsi, Ukraynadakı vəziyyət və Ermənistan-Azərbaycan münaqişəsi olacaq. Bu barədə RİA Novosti Aİ-dəki diplomat məlumat verib.
Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi ilə bağlı Avropa vasitəçiliyi, həmçinin Aİ-nin Ermənistana yardım və bu ölkə ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olunacaq.
Aİ nümayəndəsi qeyd edib ki, nazirlər Yaxın Şərqdəki münaqişəni müzakirə edərkən regionda gərginliyin daha da artmasının qarşısının alınması, humanitar yardım, girovların azad edilməsi, mülki şəxslərin müdafiəsi kimi məsələlərə toxunacaqlar.
Ukraynaya gəlincə, nazirlər təhlükəsizlik vədlərinin yerinə yetirilməsi istiqamətində irəliləyişdən danışmaq niyyətindədirlər.
Mənbə əlavə edib ki, nazirlər həmçinin Avropa diplomatiyasının rəhbəri Cosep Borrelin Çinə səfəri ilə bağlı hesabatını dinləməyi və Kosovo məsələsini müzakirə etməyi planlaşdırırlar.
İclasın yekunlarından sonra Aİ nazirləri Mərkəzi Asiya dövlətləri ilə 19-cu nazirlər görüşündə iştirak edəcəklər.
Xəbər lenti
0