DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyədə turistlər üçün mənzil qiymətlərinin ən çox ucuzlaşdığı kurortların adı açıqlanıb

© AFP 2023 / OZAN KOSEİstanbula mənzərə
İstanbula mənzərə - Sputnik Azərbaycan, 1920, 22.10.2023
Abunə olmaq
Oktyabr ayında yay ayları ilə müqayisədə Türkiyənin məşhur istiqamətləri arasında gündəlik kirayə qiymətlərində ən böyük azalma Çamyuvada müşahidə olunur.
BAKI, 22 oktyabr - Sputnik. Oktyabrda Türkiyədə gündəlik kirayə qiymətləri yaya nisbətən 30%-ə qədər azalıb; ən çox Çamyuva, Kəmər, Belek və Mersində ucuzlaşıb. Bu barədə Rusiyanın Sutochno.ru tətil icarələrinin onlayn bron xidməti məlumat yayıb.
Analitiklərin fikrincə, oktyabrda Türkiyənin məşhur istiqamətləri arasında gündəlik kirayə qiymətlərində ən çox azalma yaya nisbətən Çamyuvada müşahidə olunub - 30%. Hazırda kurortda orta tarif gündə 6100 rubl (64 dollar) təşkil edir.

“Bu, Kəmərdən 10 km aralıda yerləşən kənddir, istirahət üçün bütün lazımi infrastruktura və yaxşı çimərliklərə malik kiçik kurortdur. Oktyabr ayında burada hava əlverişlidir, havanın temperaturu +23 ilə +28 dərəcə arasında dəyişir, suyun temperaturu orta hesabla +26 dərəcədir. Oktyabr ayında dənizdə dincəlmək üçün yaxşı fürsət", - Sutochno.ru-nun sahibi və baş direktoru Yuri Kuznetsov bildirir.

Həmçinin Kəmərdə 19% (gündə 5480 rubla qədər), Belekdə 18% (6520 rubla qədər - 68,4 dollar) və Mersində 17% (3130 rubla qədər - 32,8 dollar) qiymətlərdə nəzərəçarpacaq azalma qeydə alınıb. Kuşadasında tarif 8% - 4890 rubla (51,3 dollar), Avsallarda - 5%, Antalyada - 3% azaldılıb.

“Amma bəzi istirahət mərkəzlərində o qədər də olmasa da, qiymət artımı olub. Türkiyənin bütün kurortları arasında rezervasiya sayına görə liderlik edən Alanyada artım 8% təşkil edib. İndi burada kirayə haqqı gündə orta hesabla 5459 rubl (57,3 dollar) təşkil edir. İstanbulda tariflər 5% artaraq 5159 rubla (54 dollar) çatıb. Amma ümumilikdə yadda saxlamalıyıq ki, qiymətlər və onların dəyişməsi dolların məzənnəsindən asılıdır”, - Kuznetsov bildirib.

Oktyabrda ruslar arasında ən populyar türk istiqamətləri Alanya, İstanbul, Antalya, Avsallar və Mersin olub. İlk 10-luqda həmçinin Side, Çamyuva, Belek, Kəmər, Kuşadası yer alıb. Türkiyədə oktyabrda gündəlik kirayə haqqının orta qiyməti gündə 5022 rubl təşkil edir. Bu, yayda olduğundan 6% azdır. Bir qayda olaraq, turistlər oktyabr ayında yeddi gün müddətinə kirayə qalırlar.

“Oktyabr ayında Türkiyədə sifarişlərə tələbat çox yüksək olmasa da, hələ də mövcuddur. Bəzi kurortlarda hava hələ də yaxşıdır, bir çox ruslar bundan yararlanır”, - deyə Kuznetsov bildirir.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0