CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkə ərazisində hava yağmursuz olacaq - Proqnoz

Bakı  - Sputnik Azərbaycan, 1920, 22.10.2023
Abunə olmaq
Rayonlarda arabir yağıntılı olacağı, şimşək çaxacağı ehtimalı var.
BAKI, 22 oktyabr - Sputnik. Oktyabrın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, axşama doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu 17-22° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 45-55% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, şimşək çaxacağı ehtimalı var. Иəzi rayonlarda duman olacaq. Şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.
Havanın temperaturu 21-26° isti, dağlarda 7-12° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0