Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Zirə" yenidən liderdir, "Sabah" isə qələbəsizlik tilsimini qıra bilib

© Photo : ZIRE FC“Makkabi Təl-Əviv" - "Zirə", arxiv
“Makkabi Təl-Əviv - Zirə, arxiv - Sputnik Azərbaycan, 1920, 21.10.2023
Abunə olmaq
Azərbaycan Premyer Liqasının X turunda “Sabah” “Sumqayıt”ı, “Kəpəz” isə “Zirə”ni qəbul edib.
BAKI, 21 oktyabr - Sputnik. Futbol üzrə Azərbaycan Premyer Liqasının X turunda növbəti oyunlar keçirilib.
“Bank Respublika Arena”da “Sabah” klubu “Sumqayıt” komandası ilə qarşılaşıb.Qarşılaşma zamanı meydan sahibi olan “Sabah” rəqib komandanı 3:1 hesabla məğlub edib.
Bununla da Azərbaycan Premyer Liqasında “Sabah” komandası on xalla səkkizinci, “Sumqayıt” isə on bir xalla yeddinci pillədə qərarlaşıb. Qeyd edək ki, “Sabah” ölkə çempionatında 7 matçdan sonra ilk dəfə qalib gəlib.
Turun digər oyununda isə “Kəpəz” komandası “Zirə” ilə qarşılaşıb. Gəncə şəhər stadionu yenidən inşa olunacağı üçün “sarı-göylər” rəqibini Tovuzda qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.
Bu nəticədən sonra xallarını 20-yə çatdıran “qartallar” yenidən ilk pilləyə yüksəlib. Altıncı xalını qazanan “Kəpəz” isə sonuncu – 10-cu sırada qərarlaşıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0