Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyalıların 76%-i Putinə güvənir, 77%-i onun işini müsbət qiymətləndirir

© Sputnik / POOL / Mediabanka keçidRusiya Prezidenti Vladimir Putin
Rusiya Prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 21.10.2023
Abunə olmaq
"İctimai Rəy" Fondunun sorğusu 2023-cü il oktyabrın 13-dən oktyabrın 15-dək Rusiya Federasiyasının 104 yaşayış məntəqəsində və 53 subyektində 1500 respondent arasında aparılıb.
BAKI, 21 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putinə rusiyalıların 76%-i etibar edir və 77%-i onun fəaliyyətini bəyənir.
"İctimai Rəy" Fondunun (İRF) apardığı sorğunun nəticələri bu qənaətə gəlməyə əsas verir.
Araşdırmanın nəticələrinə görə, respondentlərin 76%-i Rusiya Federasiyasının Prezidentinə etimad sualına müsbət cavab verib, 13%-i isə əks fikir bildirib.
Dövlət başçısının fəaliyyəti respondentlərin 77 faizi tərəfindən bəyənilib, prezidentin hərəkətlərindən narazı olanların payı isə 10 faizdir.
Xatırladaq ki, "İctimai Rəy" Fondunun sorğusu 2023-cü il oktyabrın 13-dən oktyabrın 15-dək Rusiya Federasiyasının 104 yaşayış məntəqəsində və 53 subyektində 1500 respondent arasında aparılıb. Statistik səhv 3,6%-dən çox deyil.
Xəbər lenti
0