CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Keçəllər daha çox infarkta meylli olurmuş

© AFP 2023 / JUAN BARRETOKeçəl kişi
Keçəl kişi - Sputnik Azərbaycan, 1920, 21.10.2023
Abunə olmaq
Alimlər xüsusən də gecələr normal yata bilməyən, çox az yatan şəxslərdə insult, infarkt olma riskinin yüksək olduğunu vurğulayıblar.
BAKI, 21 oktyabr - Sputnik. Həkimlər infarkt və insulta meylli kişilərin ümumi əlamətlərini açıqlayıblar. Türkiyə mediasının yaydığı xəbərə görə, alimlər tamamilə saçsız, yaxud da keçəlləşməyə meylli kişilərin daha çox infarkt və insultolma riski daşıdığını açıqlayıblar.
Onlar bu fikri izah edərək bildirir ki, tüklərin tökülməsi damarlarda aterosklerozun olmasını göstərir.
Bundan başqa, alimlər xüsusən də gecələr normal yata bilməyən, çox az yatan şəxslərdə insult, infarkt olma riskinin yüksək olduğunu vurğulayıblar.
Bunun səbəbini izah edən alimlər qeyd edir ki, az yatanların damarlarında xolesterin tıxacları 2 dəfə artıq yarana bilir. Yuxu problemi olanlarla yanaşı qalxanvari vəz xəstəliyindən əziyyət çəkən şəxslərdə də bu risk yüksəkdir. Bunun da əsas səbəbi hormonların xolesterin sintezində mühüm rol oynamasıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0