DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bolqarıstan, Rumıniya və Türkiyə Qara dənizdə əməliyyat keçirəcək

© AP Photo / Vadim GhirdaTürkiyə hərbi gəmisi
Türkiyə hərbi gəmisi - Sputnik Azərbaycan, 1920, 21.10.2023
Abunə olmaq
Taqarev bildirib ki, əməliyyat Qara dənizdəki üç dövlətin ərazi suları ilə məhdudlaşacaq, Ukrayna sahillərində suların minalardan təmizlənməsi üzrə iş gözlənilmir.
BAKI, 21 oktyabr — Sputnik. Bolqarıstan, Rumıniya və Türkiyə Qara dənizdəki ərazi sularını minalardan təmizləmək üçün tezliklə birgə əməliyyat keçirməyi planlaşdırır. Bu barədə Bolqarıstanın müdafiə naziri Todor Taqarev Sofiyada keçirilən beynəlxalq konfransda bildirib.

"Əməliyyat iki ay idi ki, hazırlanırdı və bu barədə məlumat açıqlanmayıb. Hazırda bəzi xırda detallara aydınlıq gətirilməlidir. İnanıram ki, bu əməliyyat yaxın vaxtlarda başlayacaq", - deyə nazir bildirib.

Taqarev onu da bildirib ki, əməliyyat Qara dənizdəki üç dövlətin ərazi suları ilə məhdudlaşacaq, Ukrayna sahillərində suların minalardan təmizlənməsi üzrə iş gözlənilmir. Sonrakı mərhələdə birgə əməliyyata gürcü mütəxəssisləri də cəlb etmək mümkündür.
Sentyabrda NATO ölkələri Rumıniyada dəniz minalarına qarşı mübarizə təlimləri keçirib. Manevrlər Qara dəniz və Dunay deltasında baş tutub. Bolqarıstan, Böyük Britaniya, Rumıniya, ABŞ, Türkiyə, Ukrayna və Fransadan iki yüzdən çox hərbi dənizçi iştirak edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0