Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Təhlükəsizlik Şurasının üzvləri ilə iclas keçirir

© Sputnik / Павел БедняковRusiya prezidenti Vladimir Putin
Rusiya prezidenti Vladimir Putin  - Sputnik Azərbaycan, 1920, 20.10.2023
Abunə olmaq
Rusiya lideri operativ iclasda dövlətin təhlükəsizliyini təmin etmək üçün müasir texnologiyaların tətbiqini müzakirə etməyi təklif edib.
BAKI, 20 oktyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə iclas keçirib.
Rusiya lideri operativ iclasda dövlətin təhlükəsizliyini təmin etmək üçün müasir texnologiyaların tətbiqini müzakirə etməyi təklif edib.
"Bu gün biz dövlətin müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün müasir texnologiyaların tətbiqi haqqında danışacağıq. Bizim məruzəçimiz Dmitri Nikolayeviç Çernışenkodur. Zəhmət olmasa, onu dəvət edin. Və sonra, əlbəttə ki, cari vəziyyətlə bağlı ən aktual məsələlər ətrafında fikir mübadiləsi aparacağıq", - Putin bildirib.
İclasda Federasiya Şurasının sədri Valentina Matvienko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev, Prezident Administrasiyasının rəhbəri Anton Vayno, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, müdafiə naziri Sergey Şoyqu, Prezidentin xüsusi nümayəndəsi Ətraf mühitin mühafizəsi, ekologiya və nəqliyyat Sergey İvanov, Baş nazirin müavini Dmitri Çernışenko iştirak edib.
Xəbər lenti
0