Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Sverdlovsk vilayətinin nümayəndə heyəti Bakıya səfər edəcək

© Mark Wilson / Getty Images / AFPməmur
məmur - Sputnik Azərbaycan, 1920, 19.10.2023
Abunə olmaq
Ural müəssisələrinin nümayəndələri tibbi innovasiyaların beynəlxalq sərgisində iştirak etmək üçün noyabrın 1-dən 4-dək Azərbaycanın paytaxtında olacaqlar.
BAKI, 19 oktyabr — Sputnik. Noyabrın əvvəlində Sverdlovsk vilayətinin müəssisələrindən ibarət işgüzar nümayəndə heyəti Bakıya gələcək.
Bu barədə Rusiya vilayətinin Beynəlxalq və Xarici İqtisadi Əlaqələr Nazirliyindən "Sputnik Azərbaycan"a məlumat verilib.
Sverdlovsk vilayətini tibbi avadanlıq və əczaçılıq məhsullarının inkişafı və istehsalı ilə məşğul olan şirkətlər təmsil edəcək. Səfər çərçivəsində müəssisələrin nümayəndələri beynəlxalq tibbi İnnovasiyalar sərgisinə qatılacaq, Sverdlovsk vilayətinin stendi çərçivəsində potensial tərəfdaşları öz məhsulları ilə tanış edəcəklər.
İşgüzar səfər ərəfəsində Sverdlovsk vilayətinin qubernatoru E.V. Kuyvaşev qeyd edib:
Azərbaycan Respublikası ənənəvi olaraq bizim üçün mühüm xarici ticarət tərəfdaşıdır. Artıq bir neçə ildir ki, Sverdlovsk vilayəti ilə Azərbaycan Respublikası arasında əmtəə dövriyyəsində artım müşahidə olunur ki, bu da yüksək qarşılıqlı marağın və geniş sahələr üzrə gələcək əməkdaşlığın zəruriliyindən xəbər verir".
Ural istehsalçılarının nümayəndə heyətinə Sverdlovsk vilayəti qubernatorunun müavini V.V. Kozlov rəhbərlik edəcək.
Xəbər lenti
0