Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin və Si Cinpin arasında danışıqlar səmimi və dostcasına keçib - Çin XİN

© Photo : Greg Baker/Pool Photo via APVladimir Putin və Si Cinpin
Vladimir Putin və Si Cinpin - Sputnik Azərbaycan, 1920, 19.10.2023
Abunə olmaq
Liderlər ikitərəfli əməkdaşlığın yüksək keyfiyyətli inkişafına kömək etmək, "Bir kəmər, bir yol" təşəbbüsü və Avrasiya İqtisadi İttifaqına qoşulmağa kömək etmək, ŞƏT, BMT kimi çoxtərəfli strukturlar çərçivəsində koordinasiyanı gücləndirmək qərarına gəliblər.
BAKI, 19 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpin səmimi, mehriban və dostcasına fikir mübadiləsi aparıblar. Bunu brifinqdə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin iki ölkə liderlərinin Pekində keçirilən görüşünü şərh edərkən bildirib.
"İki dövlət başçısı arasında danışıqlar səmimi, mehriban və dostcasına olub. Tərəflər ikitərəfli münasibətlərdə praktiki əməkdaşlıq, beynəlxalq çoxtərəfli əməkdaşlıq və "Bir kəmər, bir yol" təşəbbüsünün birgə həyata keçirilməsinə dair fikir mübadiləsi aparıblar. Pekin Çin-Rusiya tərəfdaşlığının məzmununu davamlı olaraq zənginləşdirməyə hazır olduğunu qeyd edib", - deyə Mao Nin bildirib.
Onun sözlərinə görə, liderlər ikitərəfli əməkdaşlığın yüksək keyfiyyətli inkişafına kömək etmək, "Bir kəmər, bir yol" təşəbbüsü və Avrasiya İqtisadi İttifaqına qoşulmağa kömək etmək, Şanxay Əməkdaşlıq Təşkilatı, BMT kimi çoxtərəfli strukturlar çərçivəsində koordinasiyanı gücləndirmək qərarına gəliblər.
Oktyabrın 18-də Pekində keçirilən "Bir kəmər, bir yol" forumu çərçivəsində Putin və Si Cinpin arasında görüş keçirilib. Dövlət başçıları həm nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə, həm də dar tərkibdə görüşüblər. Liderlər sonra təkbətək danışıqlar aparıblar. Onlar Fələstin-İsrail münaqişəsini müzakirə ediblər.
Bu, Putin və Si Cinpin arasında bu il ikinci görüşdür. Mart ayında Çin Xalq Respublikasının sədri dövlət səfəri ilə Rusiyaya gəlib. Putin isə sonuncu dəfə 2022-ci ilin fevralında Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak etmək üçün Çinə səfər edib.
Xəbər lenti
0