DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Misir və İordaniya liderləri fələstinlilərin Qəzzadan məcburi köçürülməsinə etiraz ediblər

© AFP 2023 / MAHMUD HAMSisrail
israil - Sputnik Azərbaycan, 1920, 19.10.2023
Abunə olmaq
Oktyabrın 19-da Misir və İordaniya liderləri görüş keçiriblər, burada xüsusilə Qəzza zolağındakı vəziyyət müzakirə olunub.
BAKI, 19 oktyabr — Sputnik. Misir prezidenti Əbdülfəttah əs-Sisi və İordaniya kralı II Abdullah fələstinlilərin Qəzza zolağından məcburi köçürülməsinə kəskin etirazlarını bildiriblər. Bu barədə Misir liderinin ofisi məlumat yayıb.
Oktyabrın 19-da Misir və İordaniya liderləri görüş keçiriblər, burada xüsusilə Qəzza zolağındakı vəziyyət müzakirə olunub.
"Onlar blokadaya, fələstinlilərin öz torpaqlarından Misirə və ya İordaniyaya məcburi köçürülməsi kimi kollektiv cəzalandırma siyasətlərinə qəti etirazlarını bildiriblər", – Misir prezident ofisi bildirib.
Əs-Sisi və II Abdullah həmçinin Qəzza zolağına daimi olaraq Rəfah keçidi vasitəsilə humanitar yardım göndərilməsinin vacibliyini vurğulayıblar.
Xəbər lenti
0