Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Fələstin-İsrail münaqişəsi regional münaqişəyə çevrilə bilər - Lavrov

© Sputnik / МИД РФ / Mediabanka keçidRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 19.10.2023
Abunə olmaq
Rusiya XİN rəhbəri bildirib ki, hər şeyi İranın üzərinə atmaq cəhdlərini müşahidə olunur və bunları təxribatçı hərəkətlər hesab edirlər.
BAKI, 19 oktyabr — Sputnik. Fələstin-İsrail münaqişəsinin regional münaqişəyə çevrilməsi riski kifayət qədər yüksəkdir, Rusiya hər şeyi İranın üzərinə atmaq cəhdlərini təxribat hesab edir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Qəzza zolağına gəlincə, bu böhranın regional münaqişəyə çevrilməsi riski kifayət qədər ciddidir" - Lavrov jurnalistlərə bildirib.
O qeyd edib ki, hazırda hər şeyi İranın üzərinə atmaq cəhdləri müşahidə olunur və bunlar təxribatçı hərəkətlərdir.
"İran rəhbərliyi kifayət qədər məsuliyyətli, balanslı mövqe tutur və bu münaqişənin bütün regiona və qonşu ölkələrə yayılmasının qarşısını almağa çağırır" - Lavrov əlavə edib.
Oktyabrın 7-də səhər saatlarında Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi Əl-Əqsa tufanı əməliyyatı çərçivəsində İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Bundan əlavə, kütləvi raket hücumlarından sonra təşkilatın qırıcıları İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olub. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı Dəmir Qılınclar əməliyyatına başlayıb. Hücumdan bir neçə gün sonra İsrail hərbçiləri Qəzza sərhədi yaxınlığındakı bütün yaşayış məntəqələrini nəzarətə götürüb və hədəflərə, o cümlədən mülki şəxslərə hava zərbələri endirməyə başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan edib: su, qida, elektrik, dərman və yanacaq tədarükü dayandırılıb.
Qəzza zolağında qurbanların sayı 2 mini keçib, həlak olan İsrail sakinlərinin sayı isə mini keçib, bir neçə min israilli və fələstinli yaralanıb. Müxtəlif mənbələrə görə, HƏMAS 150-yə yaxın israillini əsir saxlaya bilər.
Rusiya Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Rusiya prezidenti Vladimir Putin bildirib ki, Yaxın Şərq böhranının həlli yalnız BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş və Fələstin daxilində müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan "iki dövlət" formuluna əsasən mümkündür.
Tərəflərin ərazi maraqları ilə bağlı Fələstin-İsrail münaqişəsi uzun onilliklər ərzində regionda gərginlik və toqquşma mənbəyi olub. 1947-ci ildə SSRİ-nin fəal rolu ilə BMT-nin qərarı iki dövlətin - İsrail və Fələstinin yaradılmasını müəyyən etdi, lakin yalnız İsrail dövləti yaradıldı. İsrail iki dövlət prinsipi ilə razılaşdığını bəyan etməklə yanaşı, Fələstin torpaqlarını tam azad etməyib.
Xəbər lenti
0