Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın üzən AES-ləri Afrikanı stabil şəkildə elektrik enerjisi ilə təmin edə bilər

© AFP 2023 / INA FASSBENDERAES
AES - Sputnik Azərbaycan, 1920, 18.10.2023
Abunə olmaq
"Rosatom" Afrika ölkələrini elektrik enerjisi ilə təmin etmək üçün nüvə enerjisi donanmasının yaradılmasını təklif edir.
BAKI, 18 oktyabr — Sputnik. Rusiya istehsalı olan üzən atom elektrik stansiyaları geniş və müxtəlif sahil xətti ilə Afrikanı sabit və təhlükəsiz elektrik enerjisi ilə təmin etməyə kömək edə bilərlər.
Bunu "Rosatom" dövlət korporasiyasının baş direktorunun birinci müavini - İnkişaf və Beynəlxalq Biznes Bölməsinin direktoru Kirill Komarov bildirib.
"Biz 2019-cu ildən etibarən Rusiyada PATES (üzən atom istilik stansiyası) istismar edirik və əminik ki, bu texnoloji həll regionun coğrafi xüsusiyyətlərini nəzərə alaraq Afrikanın sabit və təhlükəsiz elektrik enerjisinə olan ehtiyaclarına cavab verə bilər: Afrika Atlantik və Hind okeanları boyunca uzanan geniş və müxtəlif sahil xəttinə malikdir", - deyə "Rosatom" Komarovdan sitat gətirib.
"Rosatom"un nümayəndələri Keyptaunda (Cənubi Afrika) Afrika Enerji Həftəsi (African Energy Week) forumunda "Afrikanın Gələcəyinin Enerjisi: Birgə Enerji Həlləri" sessiyasında iştirak ediblər. Dövlət korporasiyasının mütəxəssisləri müxtəlif formatlarda, o cümlədən yüksək güclü atom elektrik stansiyaları, kiçik modul reaktorlar və üzən atom elektrik stansiyalarında nüvə istehsalının inkişafının üstünlüklərindən danışıblar.
"Rosatom" Afrika ölkələrini elektrik enerjisi ilə təmin etmək üçün nüvə enerjisi donanmasının yaradılmasını təklif edir. Bunu dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçov bu il iyulun sonunda Sankt-Peterburqda keçirilən Rusiya-Afrika forumunun çərçivəsində jurnalistlərə bildirib.
Lixaçov izah edib ki, bu variant hər hansı bir ölkənin nüvə infrastrukturunun yaradılması xərclərini minimuma endirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0