Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Pekində Putin və Si Cinpin arasında danışıqlar başa çatıb – TV

© Sputnik / ALEXEI DRUZHININVladimir Putin və Si Cinpin, arxiv
Vladimir Putin və Si Cinpin, arxiv - Sputnik Azərbaycan, 1920, 18.10.2023
Abunə olmaq
Rusiya Prezidenti Vladimir Putin Çin paytaxtının mərkəzindəki Xalq Məclisləri Evini tərk edib.
BAKI, 18 oktyabr — Sputnik. Çin Mərkəzi Televiziyasının məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpin arasında çərşənbə günü Pekində keçirilən danışıqlar başa çatıb. Rusiya lideri Çin paytaxtının mərkəzindəki Xalq Məclisləri Evini tərk edib. Çin mərkəzi televiziyası bu barədə xəbər verib.
Xatırladaq ki, Vladimir Putin Si Cinpinin dəvəti ilə Çindədir. Bundan əvvəl o, "Bir kəmər, bir yol" forumunda çıxış edib.
17-18 oktyabr tarixlərində Pekində Si Cinpinin təklif etdiyi eyniadlı təşəbbüsün onuncu ildönümündə üçüncü yüksək səviyyəli "Bir kəmər, bir yol" forumu keçirilir.
Onu da qeyd edək ki, "Bir kəmər, bir yol" Çinin Mərkəzi Asiya, Avropa və Afrikanın 60-dan çox ölkəsini birləşdirən mövcud ticarət və nəqliyyat dəhlizlərinin təkmilləşdirilməsi və yeni ticarət və nəqliyyat dəhlizlərinin yaradılması üzrə beynəlxalq təşəbbüsüdür. Təşəbbüs həmin dövlətlərlə Çin arasında ticarət əlaqələrinin inkişafına kömək etmək məqsədini daşıyır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0