https://sputnik.az/20231018/nyt-srail-abs-dan-tecili-yardim-ucun-10-milyard-dollar-isteyib-459673215.html
NYT: İsrail ABŞ-dan təcili yardım üçün 10 milyard dollar istəyib
NYT: İsrail ABŞ-dan təcili yardım üçün 10 milyard dollar istəyib
Sputnik Azərbaycan
Bu məbləğ ABŞ prezidentinin administrasiyasının ABŞ Konqresində razılaşdırmaq niyyətində olduğu məbləğdən ciddi şəkildə çoxdur. 18.10.2023, Sputnik Azərbaycan
2023-10-18T00:18+0400
2023-10-18T00:18+0400
2023-10-18T00:18+0400
dollar
dünya xəbərləri
israil
abş
milyard
ağ ev
konqres
https://cdnn1.img.sputnik.az/img/42204/74/422047403_0:234:3223:2047_1920x0_80_0_0_30607894558690ecec51cb9334c84003.jpg
BAKI, 18 oktyabr — Sputnik. İsrail ABŞ-dan təcili yardım üçün 10 milyard dollar istəyib. Bu barədə "The New York Times" nəşri yazır. Nəşrin məsələ ilə tanış olan üç məmura istinadən verdiyi məlumata görə, İsrail nümayəndələri təcili olaraq maddi yardımın göstərilməsi üçün ABŞ hakimiyyətinə müraciət ediblər. Bildirilir ki, bu məbləğ ABŞ prezidentinin administrasiyasının ABŞ Konqresində razılaşdırmaq niyyətində olduğu məbləğdən ciddi şəkildə çoxdur. Söhbət İsrail və Ukraynaya 2 milyard dolların ayrılmasından gedir. Xatırladaq ki, bu yaxınlarda ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib ki, Ağ Ev Konqresdən Ukrayna və İsrailə kömək üçün 2 milyard dollardan çox pul ayırmağı istəmək niyyətindədir. Lakin o qeyd edib ki, bu məbləğə Tayvanı dəstəkləmək və təhlükəsizlik məsələləri ilə bağlı xərclər də daxil olacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42204/74/422047403_345:0:3074:2047_1920x0_80_0_0_c35419c7df9a665aa8664cf017310475.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
dollar, israil, abş, milyard, ağ ev, konqres
dollar, israil, abş, milyard, ağ ev, konqres
NYT: İsrail ABŞ-dan təcili yardım üçün 10 milyard dollar istəyib
Bu məbləğ ABŞ prezidentinin administrasiyasının ABŞ Konqresində razılaşdırmaq niyyətində olduğu məbləğdən ciddi şəkildə çoxdur.
BAKI, 18 oktyabr — Sputnik. İsrail ABŞ-dan təcili yardım üçün 10 milyard dollar istəyib.
Bu barədə "The New York Times" nəşri yazır.
Nəşrin məsələ ilə tanış olan üç məmura istinadən verdiyi məlumata görə, İsrail nümayəndələri təcili olaraq maddi yardımın göstərilməsi üçün ABŞ hakimiyyətinə müraciət ediblər.
Bildirilir ki, bu məbləğ ABŞ prezidentinin administrasiyasının ABŞ Konqresində razılaşdırmaq niyyətində olduğu məbləğdən ciddi şəkildə çoxdur. Söhbət İsrail və Ukraynaya 2 milyard dolların ayrılmasından gedir.
Xatırladaq ki, bu yaxınlarda ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib ki, Ağ Ev Konqresdən Ukrayna və İsrailə kömək üçün 2 milyard dollardan çox pul ayırmağı istəmək niyyətindədir. Lakin o qeyd edib ki, bu məbləğə Tayvanı dəstəkləmək və təhlükəsizlik məsələləri ilə bağlı xərclər də daxil olacaq.