Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası

Çin şirkəti ilə azad edilmiş ərazilərdə günəş stansiyalarının inşası müzakirə edilib

© AFP 2023 / LOIC VENANCEGünəş panelləri
Günəş panelləri - Sputnik Azərbaycan, 1920, 18.10.2023
Abunə olmaq
Bərpa olunan enerjinin inkişafının Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında əsas prioritetlərdən olduğu vurğulanıb.
BAKI, 18 oktyabr — Sputnik. Çinə səfəri çərçivəsində energetika naziri Pərviz Şahbazov "China Energy International Group Co.Ltd" şirkətinin sədri Lyu Zexiang ilə görüşüb.
Energetika Nazirliyindən bildiriblər ki, görüşdə Azərbaycanda 2 QVt gücündə bərpa olunan enerji layihələrinin həyata keçirilməsinə dair Energetika Nazirliyi ilə "China Gezhouba Group Overseas Investment" şirkəti arasında imzalanmış Anlaşma Memorandumunun icrasından irəli gələn məsələlər müzakirə edilib. Çin şirkəti ilə azad edilmiş ərazilərdə günəş elektrik stansiyalarının inşası məqsədilə müvafiq tədbirlərin görüldüyü qeyd edilib.
Bərpa olunan enerjinin inkişafının Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında əsas prioritetlərdən olduğu vurğulanıb, istehlak və ixrac məqsədli enerji layihələri, "Xəzər-Avropa İttifaqı Yaşıl Enerji Dəhlizi" barədə məlumat verilib. "China Energy" şirkəti ilə bərpa olunan enerji güclərinin şəbəkəyə inteqrasiyası, "yaşıl enerji"nin ötürülməsi istiqamətlərində əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Şirkətlə əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsi məqsədilə birgə tədbirlərin keçirilməsi razılaşdırılıb.
Xatırladaq ki, energetika naziri Pərviz Şahbazov Çin Xalq Respublikasının Milli İnkişaf və İslahat Komissiyasının sədri Zheng Shanjienin dəvəti ilə Çinə səfər edib. Nazir 18 oktyabr tarixində Pekin şəhərində keçiriləcək 3-cü “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində “Bağlantılar” üzrə yüksək səviyyəli iclasda iştirak edəcək.
Tədbir çərçivəsində nazirin “Qarşılıqlı faydalı inkişaf üçün infrastrukturun, həmçinin texnologiyaların, standartların, qaydaların və əməliyyatların əlaqələndirilməsinin gücləndirilməsi” mövzusunda çıxışı və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0