SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov Səudiyyə Ərəbistanına yollanıb

© Sputnik / Алексей Филиппов / Mediabanka keçidCeyhun Bayramov, arxiv
Ceyhun Bayramov, arxiv - Sputnik Azərbaycan, 1920, 18.10.2023
Abunə olmaq
Azərbaycanın xarici işlər naziri İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin nazirlər səviyyəsində keçiriləcək növbədənkənar iclasında iştirak edəcək.
BAKI, 18 oktyabr - Sputnik. Oktyabrın 18-də tarixində xarici işlər naziri Ceyhun Bayramov İsrail-Fələstin münaqişə zonasında baş verən son hadisələr ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin nazirlər səviyyəsində keçiriləcək növbədənkənar iclasında iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərinə səfərə yola düşüb. Bu barədə XİN məlumat yayıb.
Bildirilir ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun tədbirdə çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0