Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Vladimir Putin Çinə gedib

© Sputnik / Алексей Никольский / Mediabanka keçidRusiya Prezidenti Vladimir Putin
Rusiya Prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 17.10.2023
Abunə olmaq
İlk gün Pekində qalacaq Vladimir Putinin Vyetnam, Tailand Krallığı, Monqolustan və Laos Xalq Demokratik Respublikasının başçıları ilə danışıqlar aparması planlaşdırılır.
BAKI, 17 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Çin sədri Si Cinpinin dəvəti ilə Çinə səfər edib. Rusiya lideri oktyabrın 17 və 18-də Pekində olacaq.
Bu barədə Rusiya mediası xəbər verib.
İlk gün Vladimir Putinin Vyetnam, Tailand Krallığı, Monqolustan və Laos Xalq Demokratik Respublikasının başçıları ilə danışıqlar aparması planlaşdırılır.
Çərşənbə günü, oktyabrın 18-də Putin və Si Cinpin arasında Rusiya-Çin danışıqları baş tutacaq, bundan sonra Rusiya lideri forum çərçivəsində bir sıra ikitərəfli görüşləri davam etdirəcək.
Pekində "Bir kəmər, bir yol" üçüncü beynəlxalq forum fəaliyyətə başlayıb, bu müddət ərzində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin arasında danışıqlar aparılacaq.
Çin Xarici İşlər Nazirliyi qeyd edib ki, forumda 140-dan çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın nümayəndələri, o cümlədən dövlət liderləri, beynəlxalq təşkilatların rəhbərləri, nazirlər səviyyəsində rəsmilər və işgüzar dairələrin nümayəndələri iştirak edəcəklərini təsdiqləyiblər.
"Associated Press" nəşri vurğulayıb ki, bu səfər Pekin tərəfindən Moskvanın iqtisadi və diplomatik dəstəyinin göstəricisidir.
Xəbər lenti
0