Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Qripdən ölən yeniyetmə ilə bağlı araşdırmalara başlanıldı - Pulmonoloqdan xəbərdarlıq!

© Depositphotos.com / Elnur_ Pulmonoloq
Pulmonoloq - Sputnik Azərbaycan, 1920, 17.10.2023
Abunə olmaq
Günel Sadıqova bildirib ki, qripə yoluxan şəxslərdə temperaturun qalxması beş gündən artıq davam edərsə, mütləq həkimə müraciət olunmalıdır.
BAKI, 17 oktyabr — Sputnik. TƏBİB Sumqayıtda qripdən öldüyü iddia edilən yeniyetmə ilə bağlı açıqlama verib. TƏBİB-dən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, 14.10.2023-cü tarixində saat 12:35 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub: "Təcili tibbi yardım briqadaları dərhal çağırış ünvanına yollanıb. 2008-ci il təvəllüdlü vətəndaşın həkiməqədər ölümü qeydə alınıb".
Qeyd edək ki, iki gün öncə Sumqayıt şəhəri, Yaşıldərə qəsəbəsində yaşayan 2008-ci il təvəllüdlü Sadıqov İlqar Elyar oğlunun qəfil ölümü geniş səs-küyə səbəb olub. Yeniyetmənin yaxınları onun qripdən öldüyünü açıqlayıblar.
TƏBİB-dən o da bildirilib ki, ölümün səbəbi Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin ekspertizasından sonra məlum olacaq.

Azərbaycan Tibb Universitetinin Pulmonologiya şöbəsinin həkimi Günel Sadıqova Sputnik Azərbaycan-a bildirib ki, qripdən ölüm halı mümkündür.

"Qripdən ölüm halı mümkündür. Bu zaman müəyyən etmək lazımdır ki, həmin şəxs qripin hansı növünə yoluxub. Qripin H5N1 (quş qripi) və COVID-19 virusundan ölüm hallarının baş verməsi bu qrip növlərinin təhlükəli olduğunu təsdiqlədi".
Həmsöhbətimiz bildirib ki, qripə yoluxmuş şəxs analiz verərsə laborator yolla onun qripin hansı növünə yoluxduğunu müəyyən edərək düzgün müalicə kursu tətbiq etmək zəruridir.
G. Sadıqova bildirib ki, qrip virusundan sonra ağciyərdə ağırlaşmalar olur. Əgər qripə yoluxan şəxsin imun xəstəliyi olarsa, eyni zamanda onun yanaşı xəstəlikləri varsa bu zaman ölüm riski daha da yüksəlir.
G. Sadıqova onu da əlavə edib ki, qripdən ağırlaşmaların ölümə səbəb olmasının qarşısının alınması üçün vaxtında düzgün tibbi müdaxilə şərtdir. Onun sözlərinə görə, yeniyetmənin qripin yeni yayılmış ştamına yoluxmasını ancaq müəyyən nümunələr götürməklə müəyyən etmək mümkündür. O, bəzi qrip viruslarının öldürücü xüsusiyyətə malik olduğunu, COVID-19-dan ölüm hallarının bunun əyani sübutu olduğunu söylədi.

"Qripdən ağırlaşmanın bir sıra simptomları var. Buraya temperaturunun bir həftədən çox davam etməsi, halsızlıq və sair daxildir. Əgər temperaturun qalxması beş gündən artıq davam edərsə, mütləq həkimə müraciət olunmalıdır", - deyə həkim bildirib.

O, bildirib ki, immun xəstəliyi və yanaşı xəstəlikləri olanlar payız-qış mövsümündə tibbi maskadan istifadə etməklə xəstəlikdən qoruna bilərlər.
Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq Xəstəlikləri kafedrasının müdiri Nəsib Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, mövsümi qrip adlandırılan viruslardan qorunmaq üçün əsas yol gigiyenik qaydalara əməl etmək, immun sistemini güclü saxlamaqdır. O, uşaqları bu virusa yoluxmadan qorumaq üçün əsas tədbirlərə hələ yay aylarından başlanılmalı olduğunu söyləyib.
"Yayda uşaqların qidalanmasına, bol vitamin və günəş vannası qəbul etməsinə diqqət yetirmək lazımdır. İmmun sistemini yayda gücləndirməklə payız-qış aylarında yayılan viruslardan qorunmaq mümkündür. Bundan əlavə, havalar soyduqda temperatura uyğun geyinmək vacibdir. Bədənin temperaturunun soyması da insanın tez xəstələnməsinə səbəb olur".
Qeyd edək ki, Sumqayıt şəhəri, Yaşıldərə qəsəbəsində yaşayan 2008-ci il təvəllüdlü Sadıqov İlqar Elyar oğlu ontyabrın 14-də səhər saatlarında qəflətən dünyasını dəyişib. Yaxınları onun qripə yoluxduğunu söyləyiblər.
Xəbər lenti
0