Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Peskov Polşanın Rusiyaya qarşı düşmənçilik münasibətini absurd adlandırıb

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidRusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 17.10.2023
Abunə olmaq
Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, polyaklar rusiyalıları sevmirlər və Rusiya ilə dost olmaq istəmirlər.
BAKI, 17 oktyabr — Sputnik. Polşanın Rusiyaya qarşı düşmənçilik mövqeyi absurd görünür.
Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov jurnalistlərə deyib.
"Biz, iki qonşu dövlətin üstəlik bizim günahımız olmadan bir-birinə bu qədər düşmənçilik etməsini absurd hesab edirik. Buna baxmayaraq, fakt elə fakt olaraq qalır: polyaklar bizi sevmirlər, bizimlə dost deyillər və bizə qarşı çox düşmənçilik mövqeyi tuturlar", - deyə Peskov bildirib.
Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, Polşada keçirilən parlament seçkiləri çətin ki, Varşavanın Moskvaya münasibətinə təsir etsin. Onun fikrincə, Polşa isteblişmentində Rusiya ilə münasibətlərin bərpasına açıq və ya gizli eyham vuran heç bir seqmentlər yoxdur.
"KP.RU" saytı yazıb ki, Peskov bu yaxınlarda Polşanı aqressiv ölkə adlandırıb. O qeyd edib ki, Minsk və Moskva Varşavadan gələ biləcək təhlükələri nəzərə alır.
Xəbər lenti
0