https://sputnik.az/20231017/milli-meclis-prezident-ve-birinci-xanimi-tebrik-edib-459677238.html
Milli Məclis Prezident və Birinci xanımı təbrik edib
Milli Məclis Prezident və Birinci xanımı təbrik edib
Sputnik Azərbaycan
Sahibə Qafarova deyib ki, prezident İlham Əliyev tərəfindən Xankəndidə, Ağdərədə, Xocalıda Azərbaycan bayrağını ucaldılması xalqımızın qürurlu günlərindən biri... 17.10.2023, Sputnik Azərbaycan
2023-10-17T12:30+0400
2023-10-17T12:30+0400
2023-10-17T12:30+0400
prezident ilham əliyev
siyasət
sahibə qafarova
birinci xanım mehriban əliyeva
mehriban əliyeva
xankəndi
gəncə
https://cdnn1.img.sputnik.az/img/07e5/05/0d/426947654_0:0:1340:755_1920x0_80_0_0_a4f111c87bd740fbca7a902ca2279043.jpg
BAKI, 17 oktyabr — Sputnik. Milli Məclis Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanı 18 oktyabr Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib. Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib ki, sabah biz Müstəqilliyin Bərpası Gününü qeyd edəcəyik. Sədr bildirib ki, bu, çox tarixi gündür:"Ötən əsrin 90-cı illərinin əvvəlləri ölkəmizin ağır günlərdən keçdiyi dövrdür. Ovaxtkı iqtidar ölkədə gərginliyi artırırdı. Bu illərdə Qarabağı itirdik. Taleyin hökmü ilə bu dəfə Heydər Əliyev fenomeni dövlət müstəqilliyimizin itirilməsinə yol vermədi. O, Azərbaycanın siyasi varlığını qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin xalq və Vətən naminə fədakarlığının nişanəsi bugünkü güclü Azərbaycandır. Onun bu binada gördüyü tədbirlər, atdığı addımlar parlamentarizm tariximizin şanlı səhifələrini təşkil edir. Dövlət idarəçiliyi sistemi təkmilləşdirilmiş, Birinci vitse-prezident institutu təşkil edilib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan xilas edilməsi Azərbaycanın qarşısında yeni inkişaf istiqamətləri açıb. Oktyabrın 15-də Prezident İlham Əliyev tərəfindən Xankəndidə, Ağdərədə, Xocalıda Azərbaycan bayrağını ucaldılması xalqımızın qürurlu günlərindən biri idi. Düşmən üzərində qazanılan qələbə ulu öndərin 100 illik yubileyinə ən böyük töhfə oldu. Dövlət başçısı Xankəndidə çıxışında da separatçılara öz mesajını verdi. Mən təklif edirəm ki, Müstəqilliyin Bərpası Günü münasibətilə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təbrik məktubları ünvanlayaq". Təklif qəbul edilib. Sədr həmçinin xatırladıb ki, bu gün Gəncənin raket atəşinə tutulmasının ildönümüdür: "Şəhid olanlara Allahdan rəhmət, yaralananlara şəfa diləyirik".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/0d/426947654_120:0:1340:915_1920x0_80_0_0_926d08a2dba50eafe56f9ab00357f2f3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
prezident ilham əliyev, sahibə qafarova, birinci xanım mehriban əliyeva, mehriban əliyeva, xankəndi, gəncə
prezident ilham əliyev, sahibə qafarova, birinci xanım mehriban əliyeva, mehriban əliyeva, xankəndi, gəncə
Milli Məclis Prezident və Birinci xanımı təbrik edib
Sahibə Qafarova deyib ki, prezident İlham Əliyev tərəfindən Xankəndidə, Ağdərədə, Xocalıda Azərbaycan bayrağını ucaldılması xalqımızın qürurlu günlərindən biri idi.
BAKI, 17 oktyabr — Sputnik. Milli Məclis Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanı 18 oktyabr Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib. Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib ki, sabah biz Müstəqilliyin Bərpası Gününü qeyd edəcəyik.
Sədr bildirib ki, bu, çox tarixi gündür:
"Ötən əsrin 90-cı illərinin əvvəlləri ölkəmizin ağır günlərdən keçdiyi dövrdür. Ovaxtkı iqtidar ölkədə gərginliyi artırırdı. Bu illərdə Qarabağı itirdik. Taleyin hökmü ilə bu dəfə Heydər Əliyev fenomeni dövlət müstəqilliyimizin itirilməsinə yol vermədi. O, Azərbaycanın siyasi varlığını qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin xalq və Vətən naminə fədakarlığının nişanəsi bugünkü güclü Azərbaycandır. Onun bu binada gördüyü tədbirlər, atdığı addımlar parlamentarizm tariximizin şanlı səhifələrini təşkil edir. Dövlət idarəçiliyi sistemi təkmilləşdirilmiş, Birinci vitse-prezident institutu təşkil edilib.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan xilas edilməsi Azərbaycanın qarşısında yeni inkişaf istiqamətləri açıb. Oktyabrın 15-də Prezident İlham Əliyev tərəfindən Xankəndidə, Ağdərədə, Xocalıda Azərbaycan bayrağını ucaldılması xalqımızın qürurlu günlərindən biri idi. Düşmən üzərində qazanılan qələbə ulu öndərin 100 illik yubileyinə ən böyük töhfə oldu. Dövlət başçısı Xankəndidə çıxışında da separatçılara öz mesajını verdi. Mən təklif edirəm ki, Müstəqilliyin Bərpası Günü münasibətilə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təbrik məktubları ünvanlayaq".
Təklif qəbul edilib. Sədr həmçinin xatırladıb ki, bu gün Gəncənin raket atəşinə tutulmasının ildönümüdür: "Şəhid olanlara Allahdan rəhmət, yaralananlara şəfa diləyirik".