Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Həkim qulaqda infeksiyaların yaranma səbəbləri və yayılma yollarını açıqlayıb

© Azerbaijan Railways CJSCHəkim xəstənin qulağını yoxlayır, arxiv şəkli
Həkim xəstənin qulağını yoxlayır, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.10.2023
Abunə olmaq
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti bildirir ki, keçən əsrdə adenoid uşaqlara xas olan xəstəlik hesab edilirdi.
BAKI, 17 oktyabr — Sputnik. Qulaqda infeksiyaların yaranma səbəbləri və yayılma yolları müxtəlifdir. Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, otorinolarinqoloq Vəfa Pənahian deyib.
Mütəxəssisinin sözlərinə görə, qulaqda infeksiya 5 yolla yayıla bilər. Onun sözlərinə görə, infeksiya xarici qulaq keçəcəyindən (transmeatal yol), burun-udlaqdan eşitmə borusu vasitəsi ilə (rino-tubar yol), qanda olan infeksiya vasitəsi ilə (hematogen yol), limfada dövr edən infeksiya vasitəsi ilə (limfogen yol) və travmatik yolla keçə bilər. Burun tənəffüsünün çətinləşməsinin fəsadlarından danışan Nazirlik rəsmisi bildirib ki, burun tənəffüsünün çətinləşməsi bir sıra fəsadlara səbəb ola bilər: "Bu zaman burunətrafı ciblərin iltihabı (sinusiltlər), burun balıqqulaqlarının xəstəliklər (rinitlər), burun polipozu, udlaq xəstəlikləri (faringitlər), damaq badamcıqlarının xəstəlikləri (tonzillit), qırtlaq, traxeya və bronxların xəstəlikləri (larinqo-traxeo-bronxit) və eşitmə borusunun xəstəliyi (yevstaxiit, tubootit) yarana bilər".
Adenoid əməliyyatına nə vaxt qərar verilməsi məsələsinə də aydınlıq gətirən həkim əlavə edib ki, əksəriyyəti yanlış olaraq adenoidin burun boşluğunda yerləşdiyini düşünür. Udlaq badamcığı (III badamcıq) və ya adenoid udlağın üst hissəsində, burun-udlaqda yerləşir. Vəfa Pənahian bildirir ki, adenoid hipertrofiyası (böyüməsi) 4 dərəcədə olur. Böyümə dərəcəsindən asılı olaraq yuxarı tənəffüs yollarında ağırlaşmalar çoxalır. İlk olaraq burun tənəffüsünün çətinləşməsi, sonra isə tam tutulması müşahidə olunur. Buna səbəb burun-udlağa açılan eşitmə borusu kanalının adenoid vegetasiyası ilə tutulmasıdır: "Adenoidin böyüməsi bir çox hallarda kəskin orta otit adlanan qulağın iltihabı xəstəliklərinə səbəb ola bilər. Adenoid vegetasiyası burun tənəffüsünü pozaraq məktəbyaşlı uşaqlarda dişlərin, çənənin deformasiyasına və beləliklə dişləmin pozulmasına səbəb olur. İltihabı proses inkişaf etdikcə daxili orqanlarda xroniki bronxit kimi fəsadlar yarada bilər. Böyüklərdə isə sinusit adlanan burunətrafı ciblərin iltihabı xəstəlikləri müşahidə olunur. Keçən əsrdə adenoid uşaqlara xas olan xəstəlik hesab edilirdi. Son zamanlar adenoid 30 və hətta 40 yaşdan yuxarı olan şəxslərdə də müşahidə olunur".
Həkimin sözlərinə görə, 1-ci dərəcəli adenoid vegetasiyası burun tənəffüsünün çətinləşməsinə və digər üzvlərə cüzi təsir göstərir. Adenoid böyüməsinin 2-ci dərəcəsi burun tənəffüsünün çətinləşməsinə səbəb olur və gecə vaxtlarında daha çox özünü birüzə verir. 3-cü dərəcəli hipertrofiya burun tənəffüsün cətinləşməsinə və digər ciddi fəsadlara səbəb ola bilər. 4-cü dərəcədə isə burun tənəffüsün tam tutulması izlənilir və ətraf üzvlərdə yanaşı xəstəliklər müşahidə edilir: "Beləliklə, adenoid vegetasiyasının 1-ci və 2-ci dərəcələri konservativ müalicəyə tabedir. 3-cü və 4-cü dərəcələr isə konservativ müalicəyə tabe olmur və yalnız cərrahi üsul ilə müalicə oluna bilər. Adenoid vegetasiyasının cərrahi üsul ilə müalicəsi adenotomiya əməliyyatı adlanır".
"Tez-tez rast gəlinən burun qanaxmalarının bir neçə səbəbi var. Bura hipertoniya, bir sıra qan xəstəlikləri, şəkərli diabet, xroniki böyrək çatışmazlığı, hamiləlik, müxtəlif burun travmaları və kapilyarların angiopatiyası aiddir" deyən Səhiyyə Nazirliyinin mütəxəssis-ekspertinin sözlərinə görə, qulaq – insanın eşitmə və müvazinət orqanıdır. Bütün informasiyaları bu orqandan beyinə VIII cüt sinir ötürür. Səsi nəql edən və ya qəbul edən aparatın pozulmasından asılı olaraq eşitmə zəifliyi iki tipdə olur. Konduktiv tip - səskeçirmə, sensonevral isə səs qəbul edən aparatın patologiyasıdır. Daxili qulaqdan başlayaraq beyin qabığının nüvələrində bitən eşitmə aparatı səs keçirmə aparatı mürəkkəb anatomik quruluşa malikdir. Belə ki, səs dalğaları səsi keçirmə aparatını hərəkətə gətirib keçərək daxili qulağa çatır və səsi qəbul etmə funksiyası prosesə qoşulur. Bu mürəkkəb prosesin pozulması nəticəsində ağıreşitmə ilə bərabər qulaqlarda səs və küy əmələ gəlir. Bunlar müxtəlif cingiltilər formasında olur və bir sıra xəstəliklər zamanı müşahidə olur: "Əlavə səslər qulaq xəstəliklərindən başqa digər patologiyalar zamanı da müşahidə olunur. Misal olaraq, hipertoniya, boyun fəqərələrinin osteoxondrozu zamanı, beyinin xoş və bəd xassəli xəstəlikləri, kəllə-beyin travmalarından sonra da əlavə səslər ola bilər. Sadalanan xəstəliklər zamanı cingiltiyə səbəb innervasiyann və qan təchizatının pozulmasıdır".
Xəbər lenti
0