Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Dövlət Duması nüvə sınaqlarına qadağa müqaviləsinin ratifikasiyasının ləğvinə başladı

© AFP 2023 / KIRILL KUDRYAVTSEVRusiya Dövlət Duması
Rusiya Dövlət Duması  - Sputnik Azərbaycan, 1920, 17.10.2023
Abunə olmaq
Volodin vurğulayıb ki, Rusiya öz təhlükəsizliyini təmin etmək üçün müqavilənin ratifikasiyasını ləğv etmək istəyir.
BAKI, 17 oktyabr — Sputnik. Oktyabrın 17-də keçirilən plenar iclasda Rusiya Dövlət Duması Nüvə Sınaqlarının Hərtərəfli Qadağan edilməsi haqqında Müqavilənin ratifikasiyasını ləğv edən qanun layihəsini birinci oxunuşda qəbul edib.
"Vaşinqton nəhayət başa düşməlidir ki, onların hegemonluğu yaxşı heç nəyə gətirib çıxarmır. Qarşılıqlı hörmət, ikili standartların olmaması, suveren dövlətlərin işlərinə qarışmamaq prinsipləri əsasında dialoqa ehtiyac var. Rusiya Federasiyası vətəndaşlarını qorumaq və qlobal strateji paritetin qorunub saxlanmasını təmin etmək üçün hər şeyi edəcək”, - Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Telegram kanalında yazıb.
Sənəd Volodinin göstərişi ilə Beynəlxalq Əlaqələr Komitəsinin iclasında hazırlanıb və oktyabrın 13-də Dövlət Dumasına təqdim edilib. Layihə “Nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında Müqavilənin ratifikasiyası haqqında” qanunun 1-ci maddəsinin ləğvini nəzərdə tutur. O, 1996-cı il sentyabrın 24-də Nyu-Yorkda Rusiya adından imzalanmış Müqavilənin ratifikasiyasını təklif edir.
Moskva 2000-ci ildə Nüvə Sınaqlarının Hərtərəfli Qadağan edilməsi haqqında Müqaviləni ratifikasiya etdi. Bəzi ölkələr, o cümlədən ABŞ və Çin hələ də bunu etməyib. Lakin nüvə silahına malik olan dövlətlər bu cür sınaqlar keçirməmək barədə könüllü öhdəlik götürüblər.
***
Rusiya Dövlət Duması Nüvə Sınaqlarının Hərtərəfli Qadağan edilməsi haqqında müqaviləsinin ratifikasiyasının ləğvi proseduruna başlayıb. Qanun layihəsinin ilk oxunuşu oktyabrın 17-də baş tutacaq.
Bunu Rusiya parlamentinin aşağı palatasının sədri Vyaçeslav Volodin öz "Telegram" kanalında yazıb.
O qeyd edib ki, Rusiya ABŞ-ın bu müqaviləni ratifikasiya etməsini 23 ildir gözləyib, lakin Vaşinqton bunu ikili standartları və qlobal təhlükəsizlik məsələlərinə məsuliyyətsiz münasibəti səbəbindən bunu etməyib. Volodin vurğulayıb ki, Rusiya öz təhlükəsizliyini təmin etmək üçün müqavilənin ratifikasiyasını ləğv etmək istəyir.
"Vaşinqton nəhayət başa düşməlidir ki, onların hegemonluğu yaxşı heç nəyə gətirib çıxarmır. Qarşılıqlı hörmət, ikili standartların olmaması, suveren dövlətlərin işlərinə qarışmamaq prinsipləri əsasında dialoqa ehtiyac var", - deyə siyasətçi bildirib.
"KP.RU" saytının yazdığına görə, oktyabrın 5-də RF Prezidenti Vladimir Putin bildirib ki, Rusiya nüvə silahlarının sınaqlarının qadağan edilməsi haqqında müqavilənin ratifikasiyasını ləğv edə bilər, çünki bu sənəd ABŞ tərəfindən heç vaxt təsdiqlənməyib.
Xəbər lenti
0