CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

BQXK Ermənistanın əsir götürdüyü Azərbaycan hərbçilərinin vəziyyətini açıqladı

© Photo : REPORTBQXK avtomobili
BQXK avtomobili - Sputnik Azərbaycan, 1920, 17.10.2023
Abunə olmaq
İlahə Hüseynova bildirib ki, saxlanılan şəxslərin ailələri ilə əlaqə yaratmasına köməklik edilir.
BAKI, 17 oktyabr — Sputnik. Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan azərbaycanlı əsgərlərə mütəmadi olaraq baş çəkir. Sputnik Azərbaycan xəbər verir ki, bunu BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
O qeyd edib ki, sentyabrda Ermənistanda saxlanılan iki azərbaycanlı hərbi əsirə baş çəkiblər.
Onun sözlərinə görə, ziyarətlər zamanı azərbaycanlı əsirlərin saxlanma şəraitləri, onlarla rəftar qiymətləndirilir: "Saxlanılan şəxslərin ailələri ilə əlaqə yaratmağa köməklik edirik. Sonuncu dəfə bu şəxslərə sentyabr ayında baş çəkilib. onların vəziyyəti barədə yalnız ailələrinə məlumat verilir".
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iki əsgəri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən saxlanılıb.
Xəbər lenti
0