Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanın Rusiyaya nə qədər qeyri-neft məhsulları ixrac etdiyi məlum olub

© Sputnik / Murad OrujovAzərbaycan-Rusiya sərhədi
Azərbaycan-Rusiya sərhədi - Sputnik Azərbaycan, 1920, 17.10.2023
Abunə olmaq
Rusiyadan ümumi idxal isə 2 milyard 269.5 milyon dollar təşkil edib.
BAKI, 17 oktyabr — Sputnik. 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycandan Rusiyaya 787 milyon 347 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalarda, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 30.7% və ya 185.1 milyon dollar çoxdur. 2022-ci ilin ilk 9 ayında Azərbaycandan Rusiyaya 602 milyon 185 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanla Rusiya arasında olan ticarət dövriyyəsi illik müqayisədə 23.5% və ya 595.3 milyon dollar artaraq 3 milyard 133.5 milyon dollara bərabər olub. Bu dövrdə Rusiyaya ümumi ixrac 864 milyon dollar, Rusiyadan ümumi idxal isə 2 milyard 269.5 milyon dollar təşkil edib.
Xatırladaq ki, cari ilin yanvar-sentyabr aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Rusiya ilə ticarətin payı 8.01%-ə yüksəlib.
Xəbər lenti
0