NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Dünya bazarlarında neft kəskin bahalaşıb

© AP Photo / Ed AndrieskiНефтяная качалка, фото из архива
Нефтяная качалка, фото из архива - Sputnik Azərbaycan, 1920, 14.10.2023
Abunə olmaq
İnvestorlar İsrailin Qəzza zolağında quru əməliyyatlarına başlaması ilə Yaxın Şərqdəki münaqişənin genişlənə biləcəyindən narahatdırlar.
BAKI, 14 oktyabr - Sputnik. Dünya bazarlarında neft qiymətləri təxminən 6% bahalaşıb.
"Brent" markalı neft fevraldan bəri ən yüksək həftəlik qazancını əldə edib. Çünki investorlar İsrailin Qəzza zolağında quru əməliyyatlarına başlaması ilə Yaxın Şərqdəki münaqişənin genişlənə biləcəyindən narahatdırlar.
"Brent" 4,89 dollar artaraq 90,89 dollara, ABŞ-nin Qərbi Texas nefti (WTI) 4,78 dollar artaraq 87,69 dollara çatıb.
"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,59 ABŞ dolları artaraq 95,06 ABŞ dolları təşkil edib.
"Brent" həftəlik 7,5% qazanc əldə edib ki, bu da fevral ayından bəri ən böyük artımdır. WTI həftə ərzində 5,9% bahalaşıb.
Yaxın Şərqdə vəziyyətin gərginləşməsi investorların diqqətindədir. İnvestorlar bu müharibənin daha da genişlənəcəyindən narahatdırlar. Bu da qlobal neft və qaz tədarükünə təsir göstərə bilər.
ABŞ-nin Rusiya neftini daşıyan tankerlərin sahiblərinə qarşı ilk sanksiyaları da neftin qiymətlərini qaldırıb.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı iyul ayından etibarən həyata keçirilən gündəlik neft hasilatının könüllü olaraq 1 milyon barel azaldılmasını ilin sonuna qədər davam etdirəcəyini açıqlayıb. Həmçinin Rusiya Baş nazirinin müavini Aleksandr Novak ilin sonuna qədər neft ixracını könüllü olaraq gündəlik 300 min barel azaldılacağını bildirib.
Həm Beynəlxalq Enerji Agentliyi, həm də Neft İxrac Edən Ölkələr Təşkilatı ilin sonuna qədər davam edə biləcək tədarük kəsiri ilə bağlı narahatlıqlarını ifadə edib. Bu xəbərdarlıqlar neft qiymətlərinin son artımında mühüm rol oynayıb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 dollar, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 dollar olub.
Xəbər lenti
0