DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Britaniya alimləri Antarktida buzlaqlarının ərimə miqyasını açıqlayıblar

© AFP 2023 / JOHAN ORDONEZAntarktida
Antarktida  - Sputnik Azərbaycan, 1920, 14.10.2023
Abunə olmaq
Araşdırma zamanı onlar 100 mindən çox peyk radar görüntüsünü təhlil ediblər.
BAKI, 14 oktyabr — Sputnik. 1997-2021-ci illər arasında Antarktida ətrafındakı buz rəflərinin 40%-dən çoxu kiçilib. Nəticədə 7,5 milyon ton ərimiş su okeana daxil olub.
İngilis alimləri belə iddia edirlər.
Alimlər 100 mindən çox peyk radar görüntüsünü təhlil etdikdən sonra bu qənaətə gəliblər. Tədqiqat zamanı elm adamları Yerin ən cənub qitəsinin qərb tərəfindəki, demək olar ki, bütün buzlaqların ölçüsünün kiçilməsini, bəzilərinin isə ilkin həcminin 30%-ni itirdiyini aşkar ediblər.
Onların məlumatlarına görə, ən böyük itkilərdən bəziləri 25 il ərzində 1,9 trilyon ton buzun itirildiyi Hets şelf buzlağında müşahidə olunub. Bunların yalnız 5%-i böyük buz hissələrinin şelfdən qoparaq okeana düşməsi ilə nəticələnib. Buzun qalan hissəsi suya çevrilib.
"Şelf buzlağının dağılmasının qeyri-müəyyən mənzərəsi var. Bu, okeanın temperaturu və Antarktida ətrafındakı axınlarla bağlıdır. Şərqi Antarktidanın böyük hissəsi hazırda soyuq suları olan sahil zolağı sayəsində ərimək təhlükəsindən qorunduğu halda, qitənin qərb hissəsi isti suyun təsirinə məruz qalır", - deyə tədqiqata rəhbərlik edən doktor Bencamin Devison qeyd edib.
Alimlərin ehtimallarına görə, texnogen qlobal istiləşmə buzların itirilməsinin əsas faktoruna çevrilib. "Söhbət, əgər təbii dəyişikliklərdən getsəydi, qərbdə bəzi yerlərdə buzlaqların bərpası əlamətləri müşahidə oluna bilərdi", - deyə onlar bildiriblər.
Xəbər lenti
0