Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Aİİ müxtəlif regionların turizm təhlükəsizliyini qiymətləndirəcək

© Sputnik / Murad OrujovAzərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi - AITF 2023
Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi - AITF 2023 - Sputnik Azərbaycan, 1920, 13.10.2023
Abunə olmaq
Söhbət turistlərin seçdikləri yerin nə qədər təhlükəsiz olduğunu müəyyən edə biləcəkləri bütün bölgələrin təsvirindən gedir.
BAKI, 13 oktyabr — Sputnik. Avrasiya İqtisadi İttifaqı (Aİİ) İctimai Palatası BRİKS, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), AİİMüstəqil Dövlətlər Birliyi (MDB) ölkələrindən gələn turistlər üçün regionların qiymətləndirilməsini hazırlayacaq.
Bunu Aİİ-nin Beynəlxalq Əməkdaşlıq üzrə İctimai Palatasının sədr müavini Anastasiya Pavlova Moskvada keçirilən "Meet Global MICE Congress 2023" biznes turizm forumu çərçivəsində deyib.

"Aİİ İctimai Palatası BRİKS, ŞƏT, Aİİ və MDB ölkələrindən gələn turistlər üçün turizm təhlükəsizliyi modulları hazırlayır. Bu modullar sadalanan dövlət birliklərindən olan istənilən turist üçün son dərəcə vacib məlumatları ehtiva edəcək", - deyə Pavlova bildirib.

Bildirilir ki, söhbət turistlərin seçdikləri yerin nə qədər təhlükəsiz olduğunu müəyyən edə biləcəkləri bütün bölgələrin təsvirindən gedir.
Pavlova onu da qeyd edib ki, bu modullar Rusiyanın, Çinin, Hindistanın və sadalanan dövlətlərarası birliklərə daxil olan istənilən ölkənin hər hansı bir regionunun nə qədər təhlükəsiz olduğunu dərhal görməyə imkan verəcək.
Aİİ Gömrük İttifaqı və Vahid İqtisadi Məkan əsasında yaradılmış və 2015-ci il yanvarın 1-dən fəaliyyət göstərən beynəlxalq inteqrasiya iqtisadi birliyidir. Hazırda Aİİ-nin üzvləri Rusiya, Ermənistan, Belarus, Qazaxıstan Qırğızıstandır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0