Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya və Qırğızıstan bioloji təhlükəsizliyin təmin edilməsinə dair memorandum imzalayıb

© Joe Raedle / Getty Images / AFPimza
imza - Sputnik Azərbaycan, 1920, 12.10.2023
Abunə olmaq
Bioloji təhlükəsizliyin təmin edilməsi məsələlərinə dair anlaşma memorandumu Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Qırğızıstanın səhiyyə naziri Alımkadır Beyşənəliyev tərəfindən imzalanıb.
BAKI, 12 oktyabr — Sputnik. Bişkekdə PutinJaparov arasında aparılan danışıqlardan sonra Rusiya və Qırğızıstan bioloji təhlükəsizliyin təmin edilməsi məsələlərinə dair memorandum və bir sıra digər ikitərəfli sazişlər imzalayıblar.
Rusiya Federasiyası və Qırğızıstan prezidentləri Vladimir Putin və Sadır Japarov Rusiya liderinin respublikaya rəsmi səfəri çərçivəsində birgə sənədlərin imzalanması mərasimində iştirak ediblər.
Rusiya Federasiyası Hökuməti ilə Qırğızıstanın Nazirlər Kabineti arasında bioloji təhlükəsizliyin təmin edilməsi məsələlərinə dair anlaşma memorandumu Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Qırğızıstanın səhiyyə naziri Alımkadır Beyşənəliyev tərəfindən imzalanıb.
Həmçinin Qırğızıstan Nazirlər Kabineti ilə Rusiya Federasiyası Hökuməti arasında Qırğızıstan-Rusiya Slavyan Universitetinin fəaliyyətinin şərtləri haqqında Saziş, 2024-2025-ci illər üçün iki dövlətin Ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Saziş və onların həyata keçirilməsi proqramı imzalanıb.
Meşə təsərrüfatının inkişafı, ətraf mühitin və təbii sərvətlərin mühafizəsi sahəsində anlaşma memorandumu imzalanıb. Qırğızıstanın Təhsil və Elm Nazirliyi ilə Lomonosov adına Moskva Dövlət Universiteti arasında niyyət protokolu da imzalanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0