Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Prezident İlham Əliyev Qırğız Respublikasında səfərdədir

© Official website of President of Azerbaijan Republicİlham Əliyev səfərə gedib, arxiv
İlham Əliyev səfərə gedib, arxiv - Sputnik Azərbaycan, 1920, 12.10.2023
Abunə olmaq
Azərbaycan Prezidentini Qırğızıstan Nazirlər Kabinetinin sədri - Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov və digər rəsmi şəxslər qarşılayıblar.
BAKI, 12 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 12-də Qırğız Respublikasında səfərdədir.
Bişkek şəhərinin "Manas" Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidentini Qırğızıstan Nazirlər Kabinetinin sədri - Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov və digər rəsmi şəxslər qarşılayıblar.
Rusiya Prezidenti Vladimir Putin Qırğızıstanda keçiriləcək MDB sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçirməyi planlaşdırır. Bu barədə Rusiya Prezidenti "Rusiya enerji həftəsi"nin plenar iclasında deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0