Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Karbohidrogenlərə investisiyalar davam etdirilməlidir - Pərviz Şahbazov

© Sputnik / Григорий Сысоев / Mediabanka keçid Pərviz Şahbazov
 Pərviz Şahbazov - Sputnik Azərbaycan, 1920, 12.10.2023
Abunə olmaq
Azərbaycan Respublikasının Energetika Nazirliyinin rəhbəri bildirib ki, bu gün Azərbaycan ümumilikdə yeddi ölkəni qazla təmin edir. Ölkənin Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı müəyyən planları var.
BAKI, 12 oktyabr — Sputnik. Neft və qaza sərmayə qoyuluşunu davam etdirmək, insanların uzun illər bu enerji resurslarından bəhrələnmələrini təmin etmək lazımdır. Eyni zamanda, bərpa olunan enerji mənbələrinin inkişafını gücləndirmək lazımdır. Bunu Rusiyanın energetika həftəsində çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.

"Enerji keçidi kifayət qədər uzunmüddətli prosesdir. Biz burada əsas postulatlara əməl etməli, heç bir halda karbohidrogen layihələrinə əlavə sərmayə qoyuluşunu şübhə altına almamalıyıq. Eyni zamanda, biz qəbul edirik ki, bərpa olunan enerji mənbələri əhəmiyyətli artım yaşayır və bu tendensiya davam edəcək”, - deyə Şahbazov bildirib.

Belə ki, onun fikrincə, məhz enerji keçidi sahəsində düzgün və rasional siyasət yürütmək iqtidarında olan ölkələr öz enerji təhlükəsizliyini təmin etməyə müvəffəq olublar.
“Neft və qaz ölkəsi olan Azərbaycan bu gün əsas diqqəti bərpa olunan enerji mənbələrinə yönəldib – biz yaşıl enerji sahəsində müxtəlif layihələr həyata keçiririk”, - deyə Azərbaycan Respublikasının Energetika Nazirliyinin rəhbəri qeyd edib.
Şahbazovun sözlərinə görə, qlobal enerji bazarlarındakı turbulentlik qlobal enerji bazarının vəziyyətinə ciddi təsir göstərərək, diversifikasiyaya ehtiyac olduğunu bir daha nümayiş etdirib. Bu, ilk növbədə öz təchizat mənbələrini genişləndirməkdə maraqlı olan istehlakçılara aiddir, eyni zamanda enerji təchizatı marşrutlarının şaxələndirilməsində maraqlı olan təchizatçı ölkələrə də aiddir.

"Azərbaycan həmişə bu prinsipi rəhbər tutub və başa düşüb ki, seçilən şaxələndirmə yolu, o cümlədən marşrut və bazarlarda həmişə sabitliyə xidmət edəcək. Bazarlarımızı və marşrutlarımızı kifayət qədər ciddi şaxələndirmişik", - deyə Şahbazov bəyan edib.

Belə ki, Azərbaycan öz neftini Türkiyə vasitəsilə beynəlxalq bazara çıxarır.
“Azərbaycanın qaz nəqli marşrutları da şaxələndirilib - bizim Türkiyə bazarına ayrıca daxil olmaq imkanımız var, bu bizim üçün çox vacibdir, çünki biz təkcə Türkiyə bazarına qaz tədarük etmirik, həm də Azərbaycan qazını Avropa bazarına tədarük etmək üçün Türkiyə ilə əməkdaşlıq edirik”, - deyə o əlavə edib.
Energetika naziri ölkəmizdə bütün növ enerji resurslarının işlənilməsi və müxtəlif istiqamətlər üzrə dünya bazarlarına çıxarılmasının hər zaman paralel həyata keçirildiyini, nəticədə Azərbaycan qazının regional və Avropa bazarlarına tədarük olunduğunu qeyd edib:

“Azərbaycan qazı hazırda 7 ölkəyə nəql edilir. Cənub Qaz Dəhlizinin genişlənməsi, Həmrəylik Halqası və digər təşəbbüslər təchizat coğrafiyasının genişləndirilməsi perspektivi yaradır. Burada əlaqələndirilmiş fəaliyyətə və geniş əməkdaşlığa ehtiyac var.”

"Enerji bazarlarındakı turbulentlik bizə nəyisə dəyişmək lazım olduğunu deyir. Düşünürəm ki, bu, ilk növbədə, diversifikasiyadan sonra fəaliyyətlərimizi əlaqələndirmək və beynəlxalq tərəfdaşlarla birgə işləmək imkanlarını axtarmaqdan ötrü beynəlxalq platformalarda əməkdaşlığı və dialoqu bərpa etmək imkanıdır”, - deyə Energetika Nazirliyinin rəhbəri bildirib.
Nazir digər mühüm amil - karbohidrogenlərə münasibətin son zamanlar müsbət istiqamətdə dəyişdiyini əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0