CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün üç rayonda qaz olmayacaq

© AFP 2023 / IDA MARIE ODGAARDГазовая плита, фото из архива
Газовая плита, фото из архива - Sputnik Azərbaycan, 1920, 12.10.2023
Abunə olmaq
İmişli və Saatlı rayonlarının tam olaraq, Sabirabad rayonunun isə böyük hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
BAKI, 12 oktyabr - Sputnik. Bu gün İmişli, Saatlı və Sabirabad rayonlarının qaz təchizatında fasilə yaranacaq.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Azadkənd-İmişli” yüksək təzyiqli magistral qaz kəmərində görüləcək təmir işləri ilə bağlı oktyabrın 12-də aat 07:00-dan etibarən işlər başa çatanadək “İmişli Şəkər Zavodu 1-ci xətt və 2-ci xətt” ölçü qovşağından, həmçinin bu gün saat 08:00-dan etibarən işlər başa çatanadək “İmişli”, “Qaratəpə”, “Nərimankənd”, “Sabirabad”, “Saatlı”, “Otuzikilər”, “Qaracalar”, “Axundov” QPS-lərdən və “Əlillər evi” Qaz Tənzimləmə Məntəqəsindən qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə İmişli və Saatlı rayonlarının tam olaraq, Sabirabad rayonunun isə böyük hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Xəbər lenti
0