DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Kiçik Kennedi ABŞ prezidentliyinə namizəd olacaq

© AP Photo / Ted S. WarrenABŞ
ABŞ - Sputnik Azərbaycan, 1920, 11.10.2023
Abunə olmaq
Bundan əvvəl kiçik Robert Kennedi ABŞ Demokrat Partiyasını təmsil etməyi planlaşdırırdı.
BAKI, 11 oktyabr — Sputnik. ABŞ-ın 35-ci Prezidenti Con Kennedinin qardaşı oğlu kiçik Robert Kennedi Amerika liderinin qarşıdan gələn seçkilərində müstəqil namizəd kimi iştirak etmək niyyətindədir.
Bu barədə "TASS" xəbər verib.
Xatırladaq ki, bundan əvvəl o, ABŞ Demokrat Partiyasını təmsil etməyi planlaşdırırdı.
Siyasətçi Filadelfiyada tərəfdarları qarşısında çıxışı zamanı deyib: "Mən özümü seçkilərdə prezidentliyə müstəqil namizəd elan edirəm".
Qeyd edək ki, Demokratlar Partiyasından prezident seçkilərində əsas namizəd hazırkı dövlət başçısı Co Baydendir.
Əvvəllər bildirilirdi ki, Amerika Demokratlar 2024-cü il seçkilərində Co Baydeni Mişel Obama ilə əvəz edə bilərlər.
Xəbər lenti
0